TopBrands

St. Dupont

Mötəbər kişilər üçün dəri məmulatları və aksessuarlar istehsalı üzrə dünya lideri sayılan «S.T. Dupont» şirkəti 1872-ci lidə yaradılıb. Şirkət Alp dağlarının Fransa ətəklərində, Faberje şəhərində yerləşir. Onun təsisçisi Simon-Tisso Düpon 1865-ci ildə 18 yaşında saray fotoqraf-portretçisi işləyən dayısına şəyirdilk etmək üçün Savoyyadan Parisə gəlibmiş.
III Napoleonun Parisdəki sarayında gördüyü hər şey – saray əyanlarının bər-bzəkli geyimlərindən ta saray xanımlarının bəzək stollarının üstündəki bəzək-düzəklərədək hər şey onu valeh edirdi. Saray həyatı əyalətdən gələn yeniyetmə üçün zəriflik və dəbdəbə məktəbinə çevrilmişdi. O, bu məktəbi əsl bilici kimi bitirir. Yeddi ildən sonra Simon Düpon çanta, pulqabı, kiçik çamadanlar düzəldən emalatxanalar açır. Onun zərif işlənmiş mallarını əsilzadələr həvəslə alırlar. Firma yavaş-yavaş böyüyərək dünyada ən böyük və bahalı «Le Louvre» tədarükçüsü statusu qazanır. Düpon qiymətli metalların emalına dair yeni metodların axtarışından ötrü pul əsirgəmir. Çinli alimlərin rəhbərliyi altında o, sumao ailəsinə aid nadir «Rhus Vernicifera» bitkisinin qətranı əsasında düzəldilən lakın qədim emal üsullarını öyrənir. Bu gün də həmin qətranı Çində Qırmızı çayın sahillərində az miqdarda toplayır və Fransaya göndərirlər. Çin lakı işləmə materialı kimi heç də gümüş və ya qızıl üzlüklərdən az qiymətləndirilmir, həm də məmulatın sanbal və keyfiyyət nişanəsi hesab edilir. Çox əmək sərf edilən laklama prosesi bozumtul-göy, mərcanı, göyümtül-qırmızı, qızılı-tutqun yaşıl çalarlarla heyərtamiz gözəllikdə rəngi almağa imkan verir. Hətta bu gün də lakın emalı sexinə qonaqları və jurnalistləri buraxmırlar. Lakın emal sirri - «S.T. Dupont» firmasının açılmayan gizlinidir.
Ötən əsrin iyirminci illərində şirkəti Simonun oğulları – Lüsyen və Andre idarə etməyə başladılar. Qırxıncı illərdəsə «S.T. Dupont» markalı ilk qızıl alışqan, sonra ilk qələm meydana çıxır. Qızıl, büllur, qiymətli ağac növlərindən düzəldilən elementlər bu ticarət markasını fərqləndirən xüsusiyyətdir. «S.T. Dupont» məhsullarının alıcıları arasında – İngiltərə kraliçası Yelizavetanın, Jaklin Kennedinin, Jak Şirakın… adları çəkilir. Bu gün firma yorulmadan əsl fransız üslubunu dəyərləndirənlər üçün yeni-yeni şirnikləndirici əşyalar düzəltməkdə davam edir; «S.T. Dupont» həm də gənclər üçün demokratik kolleksiyalar da buraxır.
Yüksək keyfiyyəti və məqbul qiyməti özündə birləşdirən dəri portfellər, qeyd kağızaolır üçün altlıq, lələkli və diyircəkli qələmlər «S.T. Dupont»dan əla hədiyyədir. Daha yaxın adam üçün hədiyyə axtararkən məşhur qızıl suyuna çəkilmiş palladium toqqalı dəri kəmər də yaxşı seçimdir. «S.T. Dupont» firması siqar çəkənlər üçün aksessuar istehsalında da lider olduğundan siqar saxlamaq üçün qılaf və qutuları da nəzərdən keçirmək pis olmazdı. Üstəlik, siqar qutularında quraşdırılmış xüsusi cihaz tütünü uzun müddət saxlamaq üçün daimi temperaturu nizamlayır. Məşhur Düpon alışqanlarının çoxu adına «qızıl» deyilən ağacdan düzəldilib və həmin Çin lakı ilə pardaxlanıb. Hay-tek üslubu da yaddan çıxarılmır. İstehsalın müasir aspektlərinə baxmayaraq, «S.T. Dupont» fransız zərifliyi, gözəlliyi və etibarlığı ənənələrinə sadiqdir.

Brendini təqdim edən salonı: Royal Collection — Multibrend zərgərlik butiki
Brendin saytı: www.st-dupont.com
Ölkə: Fransa

  “Çiçəklərin yaranması” adlı LLADRO sərgisi.

Mayın 4-də LLADRO butik yüksək sənət sevənlərə, həqiqətən "Çiçəklərin yaranması" olan, əsil bahar adlı xoş bir gecə bəxş etdi. Qonaqlar LLADRO-dan sevimli porselen çiçəklərin sirli yaranmasınun şahidi oldular....›››

  Dünyaşöhrətli Garrard zərgərlik brendinin prezentasiyası

Garrard Zərgərlik Evinin zəngin tarixi və sadiq olduğu ənənələri var. Sirkətin təməli 1735-ci ildə, uğurlu işləriylə tanınmış, usta-zərgər Georqe Wickes tərəfindən Londonda qoyulmuşdu. Nəfis zərgərlik bəzək əşyalarına görə və məmulatlarının incə zövqünə görə bu brend kral ailəsinin bir çox fərdləri tərəfindən qiymətləndirilmişdi. GARRARD evinin 250 illik tarixində 1843-cü il ən önəmli il sayılır....›››

  Villeroy & Boch butiklərində Yaz Festivalı

Aprelin 15-dən Mayın 15-dək Villeroy & Boch butikləri Sizi Yaz Festivalına dəvət edir. Burada sizi Flower Dream, Arden Lane, New Wave Premium Gold, Althea Nova çay və nahar servizlərinə, məşhur alman WMF markasının istehsalı olan çəngəl-bıçaq dəstlərinə və mətbəx aksessuarlarına möhtəşəm endirimlər gözləyir!...›››