TopBrands

Alessi

Bu ailə şirkətinin yarandığı vaxtdan 70 ildən çox vaxt keçir. Bu illər ərzində «Alessi» İtaliyanın ən populyar qab-qacaq, ev üçün avadanlıq və akssesuar istehsalçısına çevrilib. «Alessi»nin bütün predmetlərini Ettore Sottsass, Rona rad, Kampana qardaşları, Andrea Bransi, Akille Kastiloni, Pyero Lissoni, Enso Mari, Zaha Hadi, Filipp Stark kimi və bir çox başqa məşhur dizayner və memarlar layihələşdiriblər.
İtaliya ikinci dünya müharibəsindən sonrakı illlərdə dizayner ideyaları istehsalını nəhəng sənaye sahəsinə çevrilən ilk ölkə oldu, «Alessi» şirkəti isə hansısa bir dizayn seqmentində – mebel, işıqlandırma və ya aksessuarlarda ixtisaslaşan digər şirkətlərlə yanaşı bu prosesin fəal iştirakçısına çevrildi. Alberto Alesi bu sayaq şirkətləri «İtalyan dizayn-fabrikləri» adlandırır. Bu barədə söz düşəndə o, belə deyir: «Mən italyan dizayn-fabrikltərindən söz düşəndə tarixən formalaşmış şirktələr qrupunu nəzərdə tuturam. Həmin şirkətlər üçün dizayn – bir missiyadır (belə bir «yüksək» sözdən istifadə etməyi özümə rəva bilirəm). Bu elə bir fəaliyyətdir ki, obyektə əvvəllər olduğu kimi sadə forma vermək mənasını itirirək həmin şirkətlərin bütün işini özünə tabe etdirən özünəməxsus «tamhəcmli fəlsəfə»yə, idelogiyaya çevrilir. Biz güman edirik ki, bizim adımızı «alışdığımız mənada sənaye» yox, «tətbiqi sənət sahəsində tədqiqat laboratoriyası» adlandırmaq daha düzgün olardı».

Brendini təqdim edən salonı: Villeroy & Boch — Çini və büllur butiki
Brendin saytı: www.alessi.com
Ölkə: İtaliya

  “Çiçəklərin yaranması” adlı LLADRO sərgisi.

Mayın 4-də LLADRO butik yüksək sənət sevənlərə, həqiqətən "Çiçəklərin yaranması" olan, əsil bahar adlı xoş bir gecə bəxş etdi. Qonaqlar LLADRO-dan sevimli porselen çiçəklərin sirli yaranmasınun şahidi oldular....›››

  Dünyaşöhrətli Garrard zərgərlik brendinin prezentasiyası

Garrard Zərgərlik Evinin zəngin tarixi və sadiq olduğu ənənələri var. Sirkətin təməli 1735-ci ildə, uğurlu işləriylə tanınmış, usta-zərgər Georqe Wickes tərəfindən Londonda qoyulmuşdu. Nəfis zərgərlik bəzək əşyalarına görə və məmulatlarının incə zövqünə görə bu brend kral ailəsinin bir çox fərdləri tərəfindən qiymətləndirilmişdi. GARRARD evinin 250 illik tarixində 1843-cü il ən önəmli il sayılır....›››

  Villeroy & Boch butiklərində Yaz Festivalı

Aprelin 15-dən Mayın 15-dək Villeroy & Boch butikləri Sizi Yaz Festivalına dəvət edir. Burada sizi Flower Dream, Arden Lane, New Wave Premium Gold, Althea Nova çay və nahar servizlərinə, məşhur alman WMF markasının istehsalı olan çəngəl-bıçaq dəstlərinə və mətbəx aksessuarlarına möhtəşəm endirimlər gözləyir!...›››