Sayt üzrə naviqasiya
İçindəki
TopBrands
Carrera y Carrera
"Carrera y Carrera" zərgərlik evinin tarixcəsi 1885-ci ildə, gənc ispaniyalı oğlan Xose Esteban Karreranın Madriddə kisi zərgərlik dükanı açdığı zamandan başlayır. XX əsrin əvvəllərində "Carrera y Carrera" evi artıq İspaniyada zərgərlik işinin şəksiz liderinə çevrilmişdi, əsrin ortalarında isə dünya şöhrəti qazanmışdı.
"Carrera y Carrera" zərgərlik evi dünyanın ən nəhəng zərgərlik şirkətləri beşliyinə daxildir. Bu gün "Carrera y Carrera" İspaniyanın ən məşhur zərgərlik evi, kral ailəsinin sifarişi ilə zinət əşyaları düzəldən yeganə zərgərlik şirkətidir. "Carrera y Carrera"nın zinət və bəzək əşyaları – təkrarsız üslub, nadir zərgərlik məharəti, qeyri-adi romantik obrazlar, mifoloji süjetlər və gözəl heyvanların miniatür təsvirləridir.
"Carrera y Carrera"nın zərgərlik üslubları barədə klassik təsəvvürü məharətlə dəyişdirən məhsulları zərif zərgərlik sənəti aləmində öz lider mövqeyini möhkəmləndirərək ənənəvi yozumlar çərçivəsindən kənara çıxır. İncə "Carrera y Carrera" məmulatları eyni zamanda həm heykəltəraşlıq nümunəsidir, həm də ziyət əşyası. "Carrera y Carrera"nın obrazları ölçücə kiçik olsalar da, onların doğurduğu təəssürat böyükdür. Hər bir bəzək əşyası dəqiqliklə və ən yaxşı daşlardan istifadə olunmaqla düzəldilib – boyundan zərifliklə sallanan, ya da incə biləklərin gözəlliyini daha da qabardan miniatür heykəlciklər.
Bu fiqurlara korpusun saf cizgilərində, dekorativ detallarında, siferblatın taxma qapağının altında, əl ilə qurulan düyməcikdə, timsah dərisindən olan və ya ipək kəmərdə, bərq vuran brilliantlarda və zərif sədəfdə də rast gəlmək olar. Bir sözlə, "Carrera y Carrera" dizayner və zərgərləri bu markanın pərəstişkarlarına əsl xoşbəxtliyi bəxş edəcək yaxşı nə varsa, hamısını toplayıblar.
“Çiçəklərin yaranması” adlı LLADRO sərgisi.
Mayın 4-də LLADRO butik yüksək sənət sevənlərə, həqiqətən "Çiçəklərin yaranması" olan, əsil bahar adlı xoş bir gecə bəxş etdi. Qonaqlar LLADRO-dan sevimli porselen çiçəklərin sirli yaranmasınun şahidi oldular....›››
Dünyaşöhrətli Garrard zərgərlik brendinin prezentasiyası
Garrard Zərgərlik Evinin zəngin tarixi və sadiq olduğu ənənələri var. Sirkətin təməli 1735-ci ildə, uğurlu işləriylə tanınmış, usta-zərgər Georqe Wickes tərəfindən Londonda qoyulmuşdu. Nəfis zərgərlik bəzək əşyalarına görə və məmulatlarının incə zövqünə görə bu brend kral ailəsinin bir çox fərdləri tərəfindən qiymətləndirilmişdi. GARRARD evinin 250 illik tarixində 1843-cü il ən önəmli il sayılır....›››
Villeroy & Boch butiklərində Yaz Festivalı
Aprelin 15-dən Mayın 15-dək Villeroy & Boch butikləri Sizi Yaz Festivalına dəvət edir. Burada sizi Flower Dream, Arden Lane, New Wave Premium Gold, Althea Nova çay və nahar servizlərinə, məşhur alman WMF markasının istehsalı olan çəngəl-bıçaq dəstlərinə və mətbəx aksessuarlarına möhtəşəm endirimlər gözləyir!...›››