TopBrands

Chopard

"Chopard" saatları dünyada ən sanballı saatlardan sayılır. 1860-cı ildə Lui-Uliss Şopar Sonviyedə, İsveçrənin Yura dağında öz fabrikini yaratdı. Çox keçmədi ki, firma dəqiq cib xronometrlərinin istehsalçısı kimi böyük nüfuz qazandı və "Chopard" öz dəqiqliyi ilə seçilən İsvesrə dəmir yollarının əsas təchizatçılarından birinə çevrildi. "Chopard" zəngli saat və cib saatlarına tələbat bir balaca azalan kimi, şirkət zərgərlik nümunəsi sayılan saatları buraxmağa qərar verdi və dünyanın saatsazlıq mərkəzinə – Genevrəyə köçdü. 1963-cü ildə "Chopard" firması Şopar ailəsinin üçüncü nəslinin nümayəndəsi Karl Şöfelin ixtiyarına keçdi. Lakin Pol-Andre Şopar dünyasını dəyişənədək (1995) "Chopard"ın başından çəkilmədi. Şöfel ailəsinin "Chopard" firmasının bu gününü və uğurlar vəd edən gələcəyini qurduğu təməl İsveçrə saatsazlarının çoxəsrlik ənənələrinə dərin hörmət və texniki tərəqqinin önündə olmaq səylərinə əsaslaınr.

Brendin saytı: www.chopard.com
Ölkə: İsveçrə

  “Çiçəklərin yaranması” adlı LLADRO sərgisi.

Mayın 4-də LLADRO butik yüksək sənət sevənlərə, həqiqətən "Çiçəklərin yaranması" olan, əsil bahar adlı xoş bir gecə bəxş etdi. Qonaqlar LLADRO-dan sevimli porselen çiçəklərin sirli yaranmasınun şahidi oldular....›››

  Dünyaşöhrətli Garrard zərgərlik brendinin prezentasiyası

Garrard Zərgərlik Evinin zəngin tarixi və sadiq olduğu ənənələri var. Sirkətin təməli 1735-ci ildə, uğurlu işləriylə tanınmış, usta-zərgər Georqe Wickes tərəfindən Londonda qoyulmuşdu. Nəfis zərgərlik bəzək əşyalarına görə və məmulatlarının incə zövqünə görə bu brend kral ailəsinin bir çox fərdləri tərəfindən qiymətləndirilmişdi. GARRARD evinin 250 illik tarixində 1843-cü il ən önəmli il sayılır....›››

  Villeroy & Boch butiklərində Yaz Festivalı

Aprelin 15-dən Mayın 15-dək Villeroy & Boch butikləri Sizi Yaz Festivalına dəvət edir. Burada sizi Flower Dream, Arden Lane, New Wave Premium Gold, Althea Nova çay və nahar servizlərinə, məşhur alman WMF markasının istehsalı olan çəngəl-bıçaq dəstlərinə və mətbəx aksessuarlarına möhtəşəm endirimlər gözləyir!...›››