Sayt üzrə naviqasiya
İçindəki
TopBrands
Daum
Ötən əsrin 60-cı illərində şirkət «pate de verre» xüsusi büllur hazırlanma texnologiyasından istifadə etməsilə şöhrət tapdı. Bu texnika hər bir məmulatın aşılmaz keyfiyyətini və eksklüzivliyini təmin edirdi. Bu qeyri-adi plastik və əlverişli materialın imkanları ilə «Daum» ustalarının məharəti ən görkəmli rəssamları bu şirkətlə işləməyə həvəsləndirirdi. «Daum» muzeyində Arman və Sezarın, Dali və Dübrenin, Mak Konikonun, Lalann və Koktonun dizaynına əsasən yaradılmış büllur sənət şedevrləri saxlanılır.
Canlı təbiət həmişə «Daum» rəssamlarının ilham mənbəyi olub. Bitki və heyvan aləminin motivləri markanın loqotipini daşıyan bütün əsərlərə bu və ya digər dərəcədə xasdır. «12+1» layihəsi – marka üçün ənənəvi sayılan mövzunun davamı və keyfiyyətcə yeni mərhələdə inkişafıdır. «Daum»un bədii direktoru Jan-Batist Siberten-Blan deyir: «Layihənin gerçəkləşməsində bizim üçün ən vacibi rəssamın şəxsiyyəti, bizim dəvət etdiyimiz sənətkarlar üçün isə Təbiəti anlamaq və büllur ilə işləməyə maraq, onu bizim zəmanəmizin materialı kimi qəbul etmək istəyidir».
Büllur – həqiqi yaradıcı şəxsiyyətlərin öz düşüncəsini ifadə etmək üçün gözəl imkanlar yaradan, ən cəsur bədii eksperimentlər üçün ideal materialdır. «Daum»un «12+1» yeni layihəsində Abdelqader Abdi, Matilda Bretiyo və Frederika Valet, Pyeranjelo Karamia, Eli Papernik, Kristian Gİon, Jenevyeva Eretye, Erik Jurdan, Enso Mari, Stefano Poleti, Donald Robertson, Keiçi Tahar kimi müasir dizaynın əsl ulduzları iştirak ediblər. Birkətin bədii direktoru Jan-Batist Siberten-Blan da «12+1» layihəçilərinə qoşulub. Qeyri-adi konstruksiyalı vaza və ya qəndil, sirli varlığın fiquru və fincan – layihənin hər bir art-obyekti həmişə bədii fikrin inkişaf istiqamətlərini müəyyən edən «Daum» şirkətinin tarixinə öz sözünü yazır.
“Çiçəklərin yaranması” adlı LLADRO sərgisi.
Mayın 4-də LLADRO butik yüksək sənət sevənlərə, həqiqətən "Çiçəklərin yaranması" olan, əsil bahar adlı xoş bir gecə bəxş etdi. Qonaqlar LLADRO-dan sevimli porselen çiçəklərin sirli yaranmasınun şahidi oldular....›››
Dünyaşöhrətli Garrard zərgərlik brendinin prezentasiyası
Garrard Zərgərlik Evinin zəngin tarixi və sadiq olduğu ənənələri var. Sirkətin təməli 1735-ci ildə, uğurlu işləriylə tanınmış, usta-zərgər Georqe Wickes tərəfindən Londonda qoyulmuşdu. Nəfis zərgərlik bəzək əşyalarına görə və məmulatlarının incə zövqünə görə bu brend kral ailəsinin bir çox fərdləri tərəfindən qiymətləndirilmişdi. GARRARD evinin 250 illik tarixində 1843-cü il ən önəmli il sayılır....›››
Villeroy & Boch butiklərində Yaz Festivalı
Aprelin 15-dən Mayın 15-dək Villeroy & Boch butikləri Sizi Yaz Festivalına dəvət edir. Burada sizi Flower Dream, Arden Lane, New Wave Premium Gold, Althea Nova çay və nahar servizlərinə, məşhur alman WMF markasının istehsalı olan çəngəl-bıçaq dəstlərinə və mətbəx aksessuarlarına möhtəşəm endirimlər gözləyir!...›››