TopBrands

Lladro

İspaniyanın «Lladro» markasını cəsarətlə müasir dizayn aləmində sitayiş təzahürü adlandırmaq olar.
1953-cü ildə Xuan, Xose və Visente Lyadro qardaşları Almaser (Valensiya) şəhərində doğma evlərində quraşdırılmış Mavritaniya sobasında öz ilk keramik nümunələrini bişirirlər. Beləliklə, onlar keramik plitə və qab-qacaq buraxan fabrikdə işləməklə yanaşı, öz yaradıcı enerjilərini sərf etmək üçün meydan tapırlar.
Elə həmin illərdəcə qardaşlar XVII əsrin təsiri və meylləri aydın duyulan heykəlciklər düzəltməyə başlayırlar.
1959-ci ildə Xuan, Xose və Visente qərara alırlar ki, bundan sonra öz qüvvələrini yalnız öz məmulatlarının düzəldilməsinə həsr etsinlər. Qardaşlar təkcə fiqurların dizayn və üslubuna deyil, həm də istehsal texnologiyasına yenilik gətiriblər. Belə ki, onlar bişmə prosesini üç yox, bir mərhələdə başa çatdırmağa nail olublar. Monobişmə metodunun sayəsində fiqurun səthi «Lladro» məmulatları üçün xarakterik olan şəffaf və solğun çalar alır.
Əllinci illərin sonunda «Lladro» loqotipinə «Spain» (İspaniya) kəlməsi əlavə edilir ki, bu da firmanın beynəlxalq bazara çıxdığına sübutdur. 1965-ci ildə «Lladro» öz məhsullarının bir hissəsini Kanadada satır və beləliklə də, qardaşların ilk dəfə 1969-cu ildə ayaq basdığı Birləşmiş Ştatlara «Lladro» məmulatlarının ixracı başlayır.
Yetmişinci illər «Lladro»nun Şimali Amerika bazarında möhkəmlənməsi ilə səciyyələnir. Həmin illərdə «Lladro» yeni «Qres» seriyasını işə saldı. Bu material iri ölçülü fiqurlar yaratmağa, torpaq çalarları və tutqun səthin sayəsində onlara istilk gətirməyə imkan verirdi. Elə həmin mərhələdə dekorativ vazalar kolleksiyası təqdim edildi. «Lladro» rəssamları həmin vazaların üstündə quş və gül təsvirləriini canlandıraraq öz məharətlərini bir daha nümayiş etdirdilər. Bu təsvirlərin ilham mənbəyi Şərqdir.
Həmin illərdə «Lladro» dünyanın nəhəng şəhərlərində öz mövcudluğunu artıraraq genişlənirdi. 1996-cı ildə Madridin Serrano butiklər küçəsində «Lladro» öz ilk mağazasını açır, bir ildən sonra isə Beverli Hilzdə «Lladro» mərkəzi açılır.
Ötən əsrin doxsanıncı illərində çininin incə və yarımşəffaf teksturasını qızıl və qiymətli daşların parıltısını qovuşduran dəbdəbəli «Legend» kolleksiyası təqdim edildi. 2005-ci ildə «Lladro» «Re-Cyclos» layihəsini təqdim edir. Məşhur dizaynerlər həmin layihə çərçivəsində şirkətin klassik məmulatları əsasında yeni predmetlər yaradırlar. 2006-cı ildən başlayaraq, şirkət hazırda firmanın bədii məsləhətçisi kimi fəailyyət göstərən tanınmış dizayner Xayme Ayon ilə əməkdaşlığa başlayır.
Yenə də 2005-ci ildə şirkət sponsorluq etməyə qərar verir və 32-ci mərhələsi Valensiya şəhərində keçirilən Amerika Kuboku uğrunda yelkənli qayıt reqatasının iştirakçısı olan ilk Çin komandasını – «China Team»ı dəstəklədiyini elan edir.
«Lladro» şirkəti hələ 2001-cı ildə səhmdar kimi daxil olduğu «Carrera y Carrera» zərgərlik evinin kapitalının 100 faizini alır və 2006-cı ildə onun tamhüquqlu sahibinə çevrilir. «Lladro» fiqurlarının yaradılmasında böyük yaradıcı kollektiv iştirak edir. Rəssamlar, heykəltəraşlar, gülləri düzəldən sənətkarlar hər bir məmulatın təkrarsız olmasından ötrü bütün bacarıqlarını əsirgəmirlər. Məhz onların təcrübəsi və biliyi sayəsində məmulatlar maksimal bədii və texniki səviyyəyə çatır.

Brendini təqdim edən salonı: Lladro — Çini və dekorativ məmulatlar butiki
Brendin saytı: www.lladro.com
Ölkə: İspaniya

  “Çiçəklərin yaranması” adlı LLADRO sərgisi.

Mayın 4-də LLADRO butik yüksək sənət sevənlərə, həqiqətən "Çiçəklərin yaranması" olan, əsil bahar adlı xoş bir gecə bəxş etdi. Qonaqlar LLADRO-dan sevimli porselen çiçəklərin sirli yaranmasınun şahidi oldular....›››

  Dünyaşöhrətli Garrard zərgərlik brendinin prezentasiyası

Garrard Zərgərlik Evinin zəngin tarixi və sadiq olduğu ənənələri var. Sirkətin təməli 1735-ci ildə, uğurlu işləriylə tanınmış, usta-zərgər Georqe Wickes tərəfindən Londonda qoyulmuşdu. Nəfis zərgərlik bəzək əşyalarına görə və məmulatlarının incə zövqünə görə bu brend kral ailəsinin bir çox fərdləri tərəfindən qiymətləndirilmişdi. GARRARD evinin 250 illik tarixində 1843-cü il ən önəmli il sayılır....›››

  Villeroy & Boch butiklərində Yaz Festivalı

Aprelin 15-dən Mayın 15-dək Villeroy & Boch butikləri Sizi Yaz Festivalına dəvət edir. Burada sizi Flower Dream, Arden Lane, New Wave Premium Gold, Althea Nova çay və nahar servizlərinə, məşhur alman WMF markasının istehsalı olan çəngəl-bıçaq dəstlərinə və mətbəx aksessuarlarına möhtəşəm endirimlər gözləyir!...›››