Yeniliklər

Yeni İl qabağı İtaldizain Group şirkəti iki yeni lüks butikini Bakı sakinlərinə təqdim etdi. 10 dekabr məşhur italyan Frette yataq dəstləri və ev aksessuarları üzrə aparıcı brendləri təmsil edən Ambiance Home Tekstayl butiklərinin rəsmi açılışı ilə əlaqədar mətbuat konfransı keçirildi.

 

Özündə 21 istehsalçı şirkətin yataq dəstləri, parfüm və ev aksessuarlarını cəmləyən Ambiance Home Textile butki, və italyan keyfiyyətinin simvolu olaraq, Frette incə yataq dəstləri butiki evimizi zövqlə bəzəmək mədəniyyətini gətirmək məqsədini daşıyır.

 

İtaliyanın Frette, İsveçrənin Christian Fischbacher, Fransanın Descamps və Dualest şirkətlərinin təmsilçiləri butikin qonaqlarını salamlayaraq, məmnuniyyətlə sualları cavabladılar. Bu şirkətlərin hər biri öz sahələrində çoxillik tarixə və böyük təcrübəyə sahibdir. Butiklərin interyeri insanı həmin anda ev rahatlığı haqda düşünməyə və evini zərif aksessuarlarla bəzəməyə, yatağı ipək örtüklə örtməyə və ecazkar ətirlərə qərq etməyə sövq edir.

 

İtaliyanın Frette şirkətinin tarixi 19-cu əsrdən başlayır. 1860-cı ilin qışında Jean Baptiste Edmond Frette, Charles Chaboud və Alexandre Payre birləşərək, müştərək fabriklərini açır və ona Frette, Payre & Chaboud adını verirlər. Şirkətin assortimentində pamqıq satini, ipək, jakkard, pambıq, üstü tikmələrlə, oramentlərlə bəzədilmiş yataq dəstləri, dəsmallar, kaşimir, xəz yataq örtükləri, müxtəlif süfrələr, həmşinin ev geyimi (o cümlədən də uşaqlar üçün), interyer yastıqları, qonaq, yataq, yemək otaqları, mətbəx üçün aksessuarlar, müxtəlif hədiyyə ideyaları var.

 

Fransanın Descamps şirkəti 1802-ci ildə yaradılmışdır və 2 əsrlik təcrübəsi boyu bir çox brendləri tərkibinə daxil edə bilmişdir. Gözəl yataq dəstləri, yumşaq dəsmallar və xalatlar, gecə köynəkləri, uşaqlar üçün kolleksiyalar və s. istehsal edir.

 

Christian Fischbacher fabriki 1819-cu ildə Sant-Qalendə (İsveçrə) açılıb. Şirkət eyni bir ailənin altı nəsli boyu bu zərif parça sənətinin sirrlərini, ənənələrini bu günə qədər daşımışdır. Şəffaf, dekorativ, üzlük parçaların geniş spektri burada öz hərtərəfli müxtəlifliyi ilə heyran edir: incə pambığın, kətanın, əl toxunuşu parçaların bütün rəng çalarlarına burada rast gələ bilərsiniz. Kolleksiyanın incisi isə muncuqla işlənmiş parçalardır. Ailə biznesinin təmsilçisi Kristian Fişbaxerin sözlərinə görə, hal-hazırda şirkət xalçaçılıq məhsullarının istehsalı ilə məşğuldur.

 

Nəhayət, istehsalçıların ən gənc olanı - Dualest parfüm şirkəti. Onun tarixi cəmi 30 ili əhatə edir. Dualest Bakıda 5 brendi təqdim edir: Nina Ricci, Alexandre Turpault, Estéban Paris Parfums, Mathilde M və Lampe Berger Paris.

 

Açılış günü butikin vitrinləri diqqətləri cəlb edirdi: canlı modellər butikdə təqdim olunan məhsulları əyani olaraq nümayiş edərək, qonaqları heyran etdilər.

 

Yataq dəstləri, ev üçün zövqlü aksessuarlar, qadın, kişi və uşaqlar üçün hamam ləvazimatlarının geniş çeşidi alıcılar üçün bayram hədiyyəsini seçməkdə əsl fürsətə çevrildi. İndi bircə evinizi bəzəmək qaldı!

 

Ünvan: 28 may küç.,28C/R.Behbudov küç., 21A

  Villeroy & Boch salonlarına tələsin!

Yalnız 28 fevraladək Villeroy & Boch salonları Almaniyanın aparıcı WMF brendinin məhsullarına xüsusi qiymətlər elan edir:

 

...›››

  Yeni butiklərimizə xoş gəlmişsiniz: Frette və Ambiance Home Textile

Evimizi zövqlə bəzəyək, könlümüzə rahatlıq bəxş edək!

...›››

  Freamux-Delorme şirkətinin prezidenti Yves Delorme butikində

Yves Delorme yeni Yaz-Yay 2015 kolleksiyası artıq Bakıda

...›››

  Glampire Time Pieces butiki Jaquet Droz saat incəsənətini təqdim edir

5 dekabr Glampire Time Pieces butiki Jaquet Droz saat brendilə birgə isti mina ilə rəsm çəkmə sənətinə həsr olunmuş tədbir keçirdi.

...›››