Italdizain Group
Təqdimatlar
«Baccarat - Bernardaud» çini və büllur salonunun açılışı 2004-cü il oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutdu. Mərasimdə 400 nəfərdən artıq qonaq işitrak edirdi. Teatrın foyesində bütün dünyada məşhur «Robe & Berking» məşhur tac və zinət əşyaları kolleksiyası sərgiləndi. Polşanın məşhur «Ardente Sole» rəqs qrupu səhnədə kral sarayının həyatından səhnələr ifa edirdi. Mərasimin qonaqlarına XVI-XVIII əsrlərin reseptlərinə əsasən hazırlanmış orijinal qəlyanaltılar təklif olundu.
19.05.2012
http://www.italdizain.az/presentations,282/lang,az/