Təqdimatlar

Yves Delorme Bakı butikinin 10 yaşı tamam olur və bu münasibətlə butik zövqlü, şarmlı və dəbdəbəli bir yubiley keçirdi. Yataq dəstləri, pledlər, hamam ləvazimatları, təbii kürkdən hazırlanan əşyaların incəliyi və süfrələrin, ev geyimlərinin, tərliklərin, ev üçün lazım ola biləcək bütün əşyaların istiliyi Yves Delorme butikinin yeni ünvanına köçürülürdü. Bu ünvanda yaxşı əhval ruhiyyə və əgər gözəl əşyalar harmonik və eyni zamanda praktik şəkildə seçilmişlərsə ev interyerində heç nəyin artıq olmadığı fikri qazanılır.

Bakının lyüks həyatındakı bu böyük hadisəni qeyd etmək üçün Yves Delorme təqdim etdiyi bütün yataq dəstləri kolleksiyasının, həmçinin Kenzo yataq dəstlərinin dizayn seçimində həlledici səsə malik olan Fremaux –Delorme A.S. şirkətinin prezidenti Dominik Fremo, Yves Delorme MDB ölkələri və Rusiya üzrə regional meneceri Vyaçeslav Zaytsev və Fremaux-Delorme A.S. satış üzrə meneceri İzabel Şantro və digərləri toplaşmışdılar.

Yeni butikin açılış mərasimi zamanı Dominik Fremo Azərbaycandakı mütəfiqləri olan İtaldizain Group şirkətinə təşəkkür edərək, 10 illik əməkdaşlığın kifayət qədər çox şeydən xəbər verən bir zaman kəsimi olduğunu vurğuladı. Cənab Fremo İves Delorme brendinin Azərbaycanda özünə pərəstişkarlar qazandığını xüsusi olaraq qeyd etdi.

Rəsmi hissə sona yetdikdən sonra tədbirin əsas siması olan Fremaux Delorme A.S. şirkətinin prezidenti jurnalistlərin suallarını cavablandırdı.

Yeni butikin açılışından əlavə, Yves Delorme şirkətinin 10 illik yubiley günündə həm də dünya üzrə məşhur olan Ralph Lauren Home brendi Azərbaycan bazarına təqdim edildi.

Yves Delorme

Bülbül pr-ti, 23

Tel: (994 12) 4931334

  Villeroy & Boch salonlarına tələsin!

Yalnız 28 fevraladək Villeroy & Boch salonları Almaniyanın aparıcı WMF brendinin məhsullarına xüsusi qiymətlər elan edir:

 

...›››

  Yeni butiklərimizə xoş gəlmişsiniz: Frette və Ambiance Home Textile

Evimizi zövqlə bəzəyək, könlümüzə rahatlıq bəxş edək!

...›››

  Freamux-Delorme şirkətinin prezidenti Yves Delorme butikində

Yves Delorme yeni Yaz-Yay 2015 kolleksiyası artıq Bakıda

...›››

  Glampire Time Pieces butiki Jaquet Droz saat incəsənətini təqdim edir

5 dekabr Glampire Time Pieces butiki Jaquet Droz saat brendilə birgə isti mina ilə rəsm çəkmə sənətinə həsr olunmuş tədbir keçirdi.

...›››