Təqdimatlar

Dekabrın 8-də İDEA mebel salonunda «Snaidero mətbəxi» adlı tədbir keçirilmişdir.

Gecə Rubellinin dəb nümayişi ilə başladı. Modellər dünya üzrə məşhur olan Rubelli brendinin parçalarından hazırlanmış venesiya stilində olan paltarları nümayiş etdirdilər. Bundan sonra qonaqlar İDEA salonunun 3-cü mərtəbəsində yerləşən şouroumda, təqdim olunan Snaidero kolleksiyası ilə tanış oldular. Şourumda həmçinin iki mişlen ulduzunun sahibi, mışhur italyan aşpazı Viniço Dovyerin kulinariya şousu gözləyirdi. Aşpaz qonaqlara seçilmiş italyan şərabları ilə birgə dadlı italyan yeməklərini də təqdim etdi.

Gecənin ən maraqlı məqamı isə opera müğənnisi Ana Reşetnyakın çıxışı oldu. İDEA salonunun rahat şəraiti, canlı opera ifası və seçilmiş italyan şərabı qonaqlara unudulmaz təəssürat bəxş etdi.

  “Çiçəklərin yaranması” adlı LLADRO sərgisi.

Mayın 4-də LLADRO butik yüksək sənət sevənlərə, həqiqətən "Çiçəklərin yaranması" olan, əsil bahar adlı xoş bir gecə bəxş etdi. Qonaqlar LLADRO-dan sevimli porselen çiçəklərin sirli yaranmasınun şahidi oldular....›››

  Dünyaşöhrətli Garrard zərgərlik brendinin prezentasiyası

Garrard Zərgərlik Evinin zəngin tarixi və sadiq olduğu ənənələri var. Sirkətin təməli 1735-ci ildə, uğurlu işləriylə tanınmış, usta-zərgər Georqe Wickes tərəfindən Londonda qoyulmuşdu. Nəfis zərgərlik bəzək əşyalarına görə və məmulatlarının incə zövqünə görə bu brend kral ailəsinin bir çox fərdləri tərəfindən qiymətləndirilmişdi. GARRARD evinin 250 illik tarixində 1843-cü il ən önəmli il sayılır....›››

  Villeroy & Boch butiklərində Yaz Festivalı

Aprelin 15-dən Mayın 15-dək Villeroy & Boch butikləri Sizi Yaz Festivalına dəvət edir. Burada sizi Flower Dream, Arden Lane, New Wave Premium Gold, Althea Nova çay və nahar servizlərinə, məşhur alman WMF markasının istehsalı olan çəngəl-bıçaq dəstlərinə və mətbəx aksessuarlarına möhtəşəm endirimlər gözləyir!...›››