Təqdimatlar

30 noyabr Chopard butikində məşhur İsveçrə Chopard brendin satış üzrə beynəlxalq meneceri Ksavyer Lasser ile mətbuat konfransı keçirilmişdir. Konfransda Ksavyer yeni əzəmətli İmperiale kolleksiyasından eksklüziv zinət əşyalarını nümayiş etdi. Kolleksiyanın incisi olan Imperial Tourbillon Full Set saatını təqdim edərkən, Ksavyer misilsiz siferblatın büsbütün brilyantlarla bəzədildiyini vurğulayaraq, onun müxtəlif ölçülü və təraşlı brilyantlarla inkrustasiya olunduğuna görə çətiliklə quraşdırıldığını qeyd etdi. Cənab Ksavyer İmperial kolleksiyasından unikal ametistlə bəzədilmiş zinət əşyaları haqqında danışarkən, onların xanımlar tərəfindən çox sevilən və xüsusi cazibəyə malik olan Chopard-ın digər rəngli qiymətli daşlı zinət əşyaları kimi möhtəşəm olduqlarını vurğuladı. Cənab Ksavyer: "İmperial"-ın brilyant sənət əsərləri isə daha  da möhtəşəmdir"-deyə fəxarətlə söylədi. Konfransın kulminasiyası dekabrın 1-dən Chopard -dan yeni hədiyyəli aksiyasının başlanması haqqında elan edilməsi oldu. Əsası ötən ildən qoyulan ənənəyə sadiq qalaraq, bu aksiya çərçivəsində Chopard (28 May küç., 5) və Royal Collection (Niyazi küç., 5) butiklərindən hər Chopard zinət əşyası vəya saat alan müştəri əsas prizi Cenevrəyə səyahət olan lotereyaya qoşulmaq hüququnu qazanır.

Konfransın qonaqları Chopard-ın yeni kolleksiyasının cənab Ksavyerin təqdimatından və cəvahiratların gözqamaşdırıcı parıltı və gözəlliyindən həzz alaraq Copard-dan hədiyyələr əldə etdilər.

Sizi də Chopard (28 May küç., 5) və Royal Collection (Niyazi küç., 5) butiklərinə bu yeni kolleksiya ilə tanış olaraq, onun əzəmətini hiss etməyə dəvət edirik!

  Villeroy & Boch salonlarına tələsin!

Yalnız 28 fevraladək Villeroy & Boch salonları Almaniyanın aparıcı WMF brendinin məhsullarına xüsusi qiymətlər elan edir:

 

...›››

  Yeni butiklərimizə xoş gəlmişsiniz: Frette və Ambiance Home Textile

Evimizi zövqlə bəzəyək, könlümüzə rahatlıq bəxş edək!

...›››

  Freamux-Delorme şirkətinin prezidenti Yves Delorme butikində

Yves Delorme yeni Yaz-Yay 2015 kolleksiyası artıq Bakıda

...›››

  Glampire Time Pieces butiki Jaquet Droz saat incəsənətini təqdim edir

5 dekabr Glampire Time Pieces butiki Jaquet Droz saat brendilə birgə isti mina ilə rəsm çəkmə sənətinə həsr olunmuş tədbir keçirdi.

...›››