Təqdimatlar

 

6 dekabr dünya üzrə məşhur olan italyan zərgəri cənab Roberto Koynun (Roberto Coin)həyat yoldaşı xanım Pilar Koynun Bakıya ilk gəlişi şərəfinə Italdizain Group Chio Chio San restoranında möhtəşəm tədbir təşkil etmişdir. Tədbirdə zərgərlik incəsənət sevərləri və mətbuat nümayəndələri iştirak edirdi. Xanım Pilar Koyn axşamın qonaqlarını salamlayıb tədbirin təşkilatçılarına öz minətdarlığını bildirərək axşamı açıq elan etdi. Tədbirdə Roberto Coin zərgərlik evinin möhtəşəm yeni kolleksiyalarından gözəlliyi və zərifliyi ilə valeh edən zinət əşyaları sərgilənmişdir. Xanım Pilar Coin yeni Kraliça Kobra kolleksiyasından qara və ağ brilyantlar və sapfirlərlə bəzədilmiş kobra şəklində braslet və kolyeləri təqdim edərək, onların qarşıdan gələn Yeni il - ilan ili üçün zərif cinsin nümayəndələrinə unudulmaz hədiyyə ideası olduğunu vurğuladı.

 

Roberto Coin lotereya aksiyasının başlanğıcı axşamın növbəti sevindirici xəbəri oldu. Belə ki, 7 dekabrdan etibarən bir ay ərzində Roberto Coin (R.Behbudov, 15) и Royal Collection (Bül bül pr., 18/ Niyazi küç., 5) butiklərindən qızıl zinət əşyasını əldən edən hər kəs İtaliyaya səyahət qazandıran lotereya iştirakçısına çevrilir.

 

Sizi Roberto Coin (R.Behbudov, 15) и Royal Collection (Bül bül pr., 18/ Niyazi küç., 5) butiklərinə Roberto Coin yeni kolleksiyası ilə yaxından tanış olmağa dəvət edirik!

 

 

 

  Villeroy & Boch salonlarına tələsin!

Yalnız 28 fevraladək Villeroy & Boch salonları Almaniyanın aparıcı WMF brendinin məhsullarına xüsusi qiymətlər elan edir:

 

...›››

  Yeni butiklərimizə xoş gəlmişsiniz: Frette və Ambiance Home Textile

Evimizi zövqlə bəzəyək, könlümüzə rahatlıq bəxş edək!

...›››

  Freamux-Delorme şirkətinin prezidenti Yves Delorme butikində

Yves Delorme yeni Yaz-Yay 2015 kolleksiyası artıq Bakıda

...›››

  Glampire Time Pieces butiki Jaquet Droz saat incəsənətini təqdim edir

5 dekabr Glampire Time Pieces butiki Jaquet Droz saat brendilə birgə isti mina ilə rəsm çəkmə sənətinə həsr olunmuş tədbir keçirdi.

...›››