Italdizain Group
Xidmətlər
Sizin soyadınız, adınız və qeydiyyat nömrəniz olan endirim kartı Sizə İtaldizain Group şirkətinin butik və salonlarında bütün malları müvafiq endirimlə əldə etmək hüququ verir.
Kart üzrə ilkin endirim alınmış birinci malın qiyməti ilə müəyyən edilir. Italdizain Group şirkətinin endirim kartına bonuslar toplanır və bu bonuslar endirimin həcmini artırmağa imkan verir.
Endirimlərin toplanması sxemi:
5% - 3 000 €-dan - 50 000 € -dək
10% - 50 001 €-dan - 100 000 €-dək (Zərgərlik məmulatları proqramı 5 000 €-dan)
15 % - 100 001 €-dan – 300 000 €-dək
18% - 300 001 €-dan - 500 000 €-dək
20% - 500 001 €-dan
Italdizain Group şirkətinin endirim kartına sahib olduğunuz zaman, Siz həmçinin Italdizain Group şirkətinin aksiyaları, xüsusi təklifləri və xəbərləri barədə məlumat almaq hüququnu əldə edirsiniz.
Ərizənin hazırlanması və endirim kartının alınması
Endirim kartını almaq üçün aşağıdakı vəlumatları təqdim etmək lazımdır:
1) Adı, soyadı
2) Doğum tarixi
3) Yaşayış ünvanı
4) Telefon nömrəsi
Bu məlumatlar Sizin bizim şirkətdə qeydiyyatdan keçməyiniz və İtaldizain Group şirkətinin bütün imtiyazlarından istifadə etməyiniz üçün zəruridir.
Endirim kuponunu doldurmadıqda və ya yarımçıq doldurduqda şirkətin alıcıya endirim kartı verməkdən imtina etmək hüququ vardır.
Kartı aldığınız zaman Siz endirim kartından istifadə barədə müqaviləni imzalayır və ondan istifadə haqqında məlumat broşuru alırsınız.
Müqavilə iki nüsxədə imzalanır, onlardan biri Sizə verilir, digəri isə inzibatçıda qalır.
Müvafiq endirimi almaq üçün kartınızı kassirə təqdim etməliziniz. Kassir ya skanner vasitəsilə, ya da kartın nömrəsini məlumat bazasında yoxlamaqla kartı müayinə etməyə görə cavabdeh şəxsdir.
Kartın dəyişdirilməsi barədə ərizə
Kartın dəyişdirilməsi üçün Sizə salonlardan birinə müraciət etmək, köhnə kartın nömrəsini göstərmək və onun yenisi ilə əvəz edilməsi üçün səbəbi bildirmək lazımdır