Sponsorluq

«Italdizain Group» yarandığı gündən uşaq evləri və internatlara xeyriyyəçilik edir, həmçinin Azərbaycanda uşaqların və cəmiyyətin sosial cəhətdən müdafiəsiz təbəqələrinin inkişafına və onların həyatının yaxşılaşmasına yönəldilmiş müxtəlif mədəni, kütləvi və idman tədbirlərini dəstəkləyir. Belə ki, şirkət Bakı şəhərindəki lal-kar uşaqlar üçün 1 saylı internat-məktəbini müntəzəm olaraq yeyinti məhsulları və geyimlə təchiz edir, həmçinin bu internatda kompüter oyun salonunda avadanlıq quraşdırıb. Şəhər ətrafındakı 7 çaylı internat isə təmir edilib və məktəblilərin sosial-məişət həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan hər şeylə təchiz olunub. Şirkət «uşaqlar inkişaf etməlidir, onların fiziki qüsurları bu inkişafa mane olmamalıdır, onlara kömək etmək iqtidarında olanlar isə öz köməyi əsirgəməməlidirlər» prinsipini əldə rəhbər tutur.
Ölkənin inkişafında idmanın əhəmiyyətini dərindən dərk edən «Italdizain Group» Azərbaycanda keçirilən idman tədbirlərinə ciddi diqqət yetirir və belə tədbirləri dəstəkləyir.
«Italdizain Group» şirkəti 2006-cı ildən başlayaraq Azərbaycan Milli Avarçəkmə Federasiyasının sponsorudur. Federasiyanın fəaliyyət göstərdiyi qısa müddət ərzində idmanın bu növündə nəzərəçarpacaq dəyişikliklər baş verib. Belə ki, 2009-cu ildə avarçəkmə üzrə milli yığma komandamız ilk dəfə Avropa və dünya çempionatlarında medallar qazanaraq Azərbaycan bayrağını yüksəltməyə nail olub. «Kür» yeni olimpiya avarçəkmə kompleksinin inşası da başa çatmaq üzrədir. Bu kompleksdə demək olar ki, bütün su idmanı növləri üzrə məşqlərin keçirilməsi mümkün olacaq, idmançılar və qonaqlar üçün də yaxşı yaşayış şəraiti yaradılacaq.

Gənc komanda AMAF
Avar çəkmə üzrə yarışı
AMAF çempionları
Avar çəkmə üzrə yarışı

  Wedgwood-dan xüsusi təklif

Həyatımızın ən gözəl anları əzizlərimiz və dostlarımızla yığışdığımız zaman olur. Gözəl qabda bizə təqdim olunan ləzzətli yeməklər isə bele anları unudulmaz edir! Belə yığıncaqlarda Uzaq Şərqin bütün əzəmətini nahar süfrənizdə görmək istərdinizmi? O zaman, yanvarın 21-dən fevralın 21-ə qədər Ambiance butiki sizə, WEDGWOOD fabrikinin, üzərində 2012-ci ilin...›››

  Yves Delorme butiki bütün BLUMARINE kolleksiyalarına 30-50% endirim elan edir!

Müasir, şık ve cazibədar - bu 3 xüsusiyyət BLUMARINE qadınını ve evini xarakterizə edir! Əziz müştərilərimiz! Yves Delorme butiki yanvarın 18-dən fevralın 18-nə gədər, bütün BLUMARINE məhsullarına 30-50 % endirim elan edir ! Adresimiz : Bül Bül prospekti 23 Telefon nömrəmiz : 0124931334...›››

  SWAROVSKI butiklərində 50% endirim !

Əziz müştərilərimiz! Swarovski butikləri yanvarın 7-dən başlayaraq 50% endirim təqdim edir! Ünvan: 28 May küç., 20. Tel: (994 12) 493 5440 3447 Ünvan: Ə.Əliyeva küç., 8. Tel: (994 12) 497 5090 Ünvan: H.Cavid pr-ti, 22. Tel: (994 12) 510 9135...›››