AZ

BANG & OLUFSEN

Bang & Olufsen

“Bang & Olufsen” – artıq 92 ildir ki, televizor və aksessuarlar, ən yüksək keyfiyyətli səs avadanlıqları istehsal edən Danimarka şirkətidir. “Bang & Olufsen” markasının avadanlıqları onilliklər ərzində müasir klassika hesab edilir.

Markanın əsas ideologiyası – eyni zamanda həm yeniliklərə istiqamətlənmək, həm də ənənələrə sadiq qalaraq, əbədi dəyərlərə üstünlük verməkdir. Bu yanaşma həm dizaynda, həm də texnologiyada tətbiq olunur.

“Bang & Olufsen” Danimarkanın Struer adlı kiçik bir şəhərində, gənc mühəndislər Peter Banq və Sven Olufsen tərəfindən 1925-ci ildə qurulmuşdur. Bu, hər bir ölkədə radiotexnika sahəsində fəal işlərin həyata keçirildiyi bir dövr idi.

1939- cu ildə Beolit 39 adlı xüsusi qəbuledici meydana çıxdı – bu, şirkətin məhsullarının (Beosound, Beoplay, Beovision) adlarında bugünədək saxlanılan «beo» önşəkilçisi ilə adlandırılmış ilk məhsul idi.

Estetika “Bang & Olufsen” markasının ən mühim məziyyətlərindən biridir. Bu cür istiqamət markanın qurucuları tərəfindən təyin edilmişdi – onlar öz qəbuledicilərini tərtib edərkən yalnız səlis işləməsinə deyil, həm də rahatlığına da üstünlük vermişlər.

Məsələn, interyer dizaynında mövcud olan cərəyanlardan ilham alaraq, qonaq otağının görünüşünü tamamlayacaq bir qəbuledici yaratmağa çalışırdılar.

İndi “Bang & Olufsen” məhsullarının ən yadda qalan xüsusiyyətlərindən biri – retrofuturistik dizaynda hazırlanmış məhsulların elmi-fantastik filmlər üçün hazırlanan butaforiyalara bənzəməsidir.

“Touch and feel” («toxun və hiss et») – “Bang & Olufsen” markasının başqa bir tərtibatıdır. Televizor və səs sistemlərindən yığcam səsgücləndiricilərə və qulaqcıqlara qədər hər bir əşya ən kiçik detallaradək qutusunun açıldığı andan etibarən istifadəçinin həyatında mövcud olacağı hər anı nəzərə alınmaqla, böyük diqqətlə işlənmişdir.

Mağazada təmsil Butikler

BeoSound 1 – effektli səsi 360 dərəcə yayan portativ naqilsiz akusemdir. Bu cihaz möhkəm alüminium korpusa, inteqrasiya olunmuş Spotify, Deezer, QPlay və TuneIn çıxışına, səfər üçün kifayət qədər akkumulyator enerjisinə, eləcə də, Bang & Olufsen məhsullarını evdə vahid naqilsiz sistemdə birləşdirən Multiroom texnologiyasına malikdir.

Ətraflı

Altıbucaqlı – təbiətdə qar dənəciklərindən arı şanına qədər ən geniş yayılmış formalardan biridir və həm də təkrarlanan və çoxalan struktur kimi gözəl görünür. Hər bir audiosistem unikaldır və bu sonsuz variasiyalarda təbii gözəllik təcəssüm olunur.

Ətraflı

«Bang & Olufsen BeoPlay P2» – musiqi və zənglər üçün naqilsiz portativ akustikadır. Bu cihaz analoji həllərdən son dərəcə qeyri-standart idarəetmə üsulu ilə fərqlənir.

Ətraflı