
BREGUET
Breguet
«Breguet» İsveçrə saatlarının tarixi 1775-ci ilə təsadüf edir. İki əsrdən çox tarixi ərzində «Breguet» bir çox texnologiyalar yaratmış və onları mükəmməlləşdirmişdir. 1780-ci ildə saat istehsalı sənətində böyük irəliləyişə səbəb olan inersial yüklü, mexaniki yaylı və iki yaylı barabanlı ilk saatlar istehsal olundu.
On il sonra dünyada ilk dəfə olaraq mexanizmi xarici təsirlərə qarşı dözümlü edən «pare-chute» adlı zərbəyədavamlı sistem yaratmaqla, şirkət bir daha öz adından bəhs etdirdi. 1801- ci ildə turbiyon adlandırılan yeni ixtira – saatın dəqiq işini tənzimləyən cazibə qüvvəsi kompensatoru patentini aldı. O zamandan bəri «Breguet» saatları dünyanın ən dəqiq saatlarına çevrilmişdir.
Breget saatlarını Uinston Çörçil, Onore de Balzak, Stendal, Uels Şahzadəsi, Napoleon Bonapart, Jozefina, kraliça Mariya-Antuanetta, kral XVI Lüdovik, rus çarı l Aleksandr, çariça Aleksandra Fedorovna, Aleksandr Puşkin və bir çox başqa şəxslər taxırdı.
Dünyadakı ən zərif saatlardan biri Fransa kraliçası Mariya Antuanettaya məxsus idi. Onun ərsəyə gəlməsi üçün dörd ildən çox vaxt sərf olunmuşdur. Məşhur markanın bütün saatları Classique, Tradition, Marine, Heritage və Type XX adları altında, həmçinin xüsusi qadın saatları Reine de Naples adı altında istehsal edilir.