AZ

COıNCASA

Coıncasa

Coincasa 1962-ci ildən bəri kolleksiyalar yaradır və tərtib edir; bu brend yeni tərzlər və yeni məhsullar axtarışına çıxaraq onları italyan koloriti ilə yeni interpretasiyada təqdim edir. Yüksək keyfiyyətli materiallar, detallara diqqət yetirilməsi və orijinal birləşmələr evinizi özünəməxsus üslubda təqdim etməyə imkan verən müasir eleqantlıq üçün bir arada cəmləşir. Müasir araşdırmalar innovativ modellər və eksklüziv dizayn yaratmaq üçün sənətkarlıqla birləşərək, hər bir kolleksiya üçün davamlı yenilənməni təmin edir və bunların hamısı “Coincasa”nı fərqləndirən unikal keyfiyyətə sahibdir. ‘’Coincass’’nın məhsulu çeşidi rəng qammasına və otaqların növlərinə görə qruplaşdırılır: mətbəx, yemək otağı, qonaq otağı, yataq otağı və vanna otağı. Detallara diqqət yetirilməsi, orijinal birləşmələr və ustalıq Avropa və dünya miqyasında sənətkarlıq ənənəsi və danılmaz keyfiyyət ilə birlikdə Coincasa tərəfindən təklif olunur. Coincasa hər il məhsulların alışını stimullaşdırmaq və təşviq etmək üçün mağaza görünüşünün daim yenilənməsini əhatə edən altı kolleksiya yaradır.

Mağazada təmsil Butikler

Coincasa 2020 Yay kolleksiyası planetimizə diqqətinin artdığı vaxtda zəmanənin ən vacib mövzusu olan su mövzusu ətrafında, təbiətə və onun bəxş etdiyi dəyərli mənbələrə qayğı barədə bəyan edir!
2020-ci il iqlim dəyişiklikdə dönüş nöqtəsi olan il hesab olunur!
Kolleksiyanın əsas rəngləri yaşılın hər çalarından tutmuş, mavi və ilin rəngi hesab olunan koral rənginə qədərdir.

2020-ci il vitrinin əsas qəhrəmanı cənnət hesab olunan qeyri adi təbiətə malik Seyşel adalarından ilham alınan təbiətin özüdür. Pastel tonlarında su yosunları və koralları, tropik və su bitkilərinin əcaib sallanan kökləri ilə meşə vitrinin dekorasiyasının motivləridir.


Ətraflı

Ekoloji təmizlik Coincasa Yaz kolleksiyasının mərkəzi mövzusu olaraq ətraf mühitə və onun mənbələrinə hörmətlə hazırlanan məhsulların, araşdırılmasına artan öhdəliyin başlanğıcını qeyd edir. Yeni araşdırma xətti xüsusi etiketlə yaradılaraq, hər kolleksiyada davamlı məzmun təqdim edəcək.
Ekoloji təmizlik mövzusu bütün Yaz kolleksiyasının yarı seçimini təşkil edir. Xüsusi əlaqə layihəsi bu xəttin məhsullarının məzmunlarını aydınlaşdırır: materiallarını, istehsal və hazırlanma proseslərini.

Sıfır təsir – Stilistik qeydlər.
Məqalələrin geniş seçimi məhsulların hazırlandığı materiallar və onların hazırlanmaq üsullarını, onları dizayn edib ərsəyə gətirənlərin dəyərlərinin hekayələrini özlərində cəmləndirir. Görünüş qeyri-rəsmi və orjinaldır. Səthin rəngini və fakturasını müəyyənləşdirmək üçün mümkün qədər natural materiallar istifadə olunur. Gündəlik bir neçə addım planetimizə hörmət edərək, həyatımızı ekoloji təmiz etmək üçün kifayətdir. Enerjiyə qənaət edən lampalardan, orqanik və bio çürüyən, ağaclar və bitkilərdən alınan rənglərlə boyanmış pambıq, ipək, kətan yaxud bambukdan hazırlanan parçalara üstünlük verin.
Məqsəd sağlam ətraf mühit əldə etməklə funksionallığı və estetikanı özündə birləşdirən təbii, yeni uzunömürlü ekoloji təmiz və yenidən emal olmuş materialları istifadə edib onlara yeni həyat verməkdir.

Ətraflı

Hamının sevdiyi və ev üçün bütün zəruri malların təqdim edildiyi «CoinCasa» salonu öz müştərilərinə daha da yaxınlaşdı. İkinci «CoinCasa» dükanı Nizami küçəsi, 111 ünvanında açıldı.

Ətraflı