
DORNBRACHT
SEÇİLMİŞ MƏHSULLAR
DORNBRACHT
1950-ci ildən bəri “Dornbracht” vanna otağı üçün yüksək keyfiyyətli dizayner santexnika avadanlıqlarının və aksessuarlarının rəmzi hesab edilir. Aloys F. Dornbracht GmbH & Co. KG – üçüncü nəsil ailə müəssisəsidir.
“Dornbracht” dəfələrlə mükafatlara layiq görülmüş məhsulları ilə vanna otaqları və mətbəxlərdə öz səciyyəvi dəst-xəttini yaratmışdır. Almaniyanın İzerlon şəhərində yerləşən bu şirkət bazarın tələblərinə və texnoloji tərəqqiyə cavab verən, eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalının bütün mərhələlərində yeni ideyaları tez bir zamanda həyata keçirən, özünəməxsusluğu və innovativ ruhu ilə fərqlənən öz sahəsinin nüfuzlu istehsalçısı kimi şöhrət qazandı.
Buna görə şirkət öz sahəsində nüfuzlu yerini qoruyub saxlayır və «Made in Germany» nişanını qürurla daşıyır.