
FıSSLER
Fıssler
Uzun illərdir ki, “Fissler GmbH” dəqiqliklə hazırlanması, praktik olması, zərifliyi, "Made in Germany" bədii dizaynı ilə geniş rəğbət qazanmış yüksək keyfiyyətli mətbəx əşyaları istehsal edir. Karl Filipp Fissler şirkəti 1845-ci ildə təsis etdi. İndi şirkətin tarixi 170 ildən artıq uğurlu inkişafı əhatə edir. Şirkətin uğuru üç sütun üzərində qurulmuşdur - "nou-hau” texnoloji biliyi, mükəmməl istehsal, böyük yenilikçi səylər, lakin uğurun əsas açarı məhsuldur. Onun funksionallığı və dizaynı daim istehlakçının ehtiyaclarına uyğunlaşdırılır, elə bu səbəbdən də, ən geniş diapazonun tələblərinə mükəmməl şəkildə cavab verir. “Fissler” Alman mətbəxində və beynəlxalq mətbəxlərdə nüfuz sahibidir. Bu, qazan və ya tava almaq istəyən hər bir insanın ağlına gələcək ilk markadır. Bu gün “Fissler” yeməyin həvəs və həzzlə hazırlanmasının tərəfdarı kimi çıxış edir və yüksək keyfiyyətli mətbəx əşyaları istehsal edən dünyaca məşhur markalardan biridir.