
GRAFF
SEÇİLMİŞ MƏHSULLAR
Graff
“Graff” Londonda yerləşən beynəlxalq zərgərlik şirkətidir. Onun əsası 1960- cı ildə ingilis zərgəri Laurens Graff tərəfindən qoyulmuşdur. Brilyantlara olan həvəs, Laurens Graffın ilk dəfə 60 il əvvəl London, Hatton Nardendə zərgər dükanının piştaxtası arxasında oturduğu andan etibarən həyatının hərəkətverici qüvvəsi olmuşdur. “Graff Diamonds” 1960-cı ildə qurulmuş və iki il sonra, zərgərlik sənayesinin ənənəvi olaraq topdansatışla məşğul olduğu və emalatxanalarda fəaliyyət göstərdiyi bir dövrdə ilk iki pərakəndə mağazası açılmışdır. Hər zaman deyirlər ki, “Laurence Graf” dövrümüzün, bəlkə də, istənilən dövrün brilyant ustalarından daha çox önəmli brilyantlarla işləmişdir. Bu sahədə fəaliyyətə başladığı ilk gündən altı onillik keçdikdən və bir sıra nüfuzlu mükafatlarla, o cümlədən, “Dörd Kraliça” mükafatı və Kraliçanın ad günü fəxri siyahısında “BİOZ” (“Britaniya İmperiyası Ordeni Zabiti”) ilə təltif edildikdən sonra Laurence Graff hələ də ilkgünkü həyəcanı yaşayır: “Mən “Graff”ı ilk dəfə yaratdığım vaxt hiss etdiyim ehtirası və arzunu hələ də hiss edirəm. Mən düşünürəm ki, dünyanın ən şanslı adamıyam, çünki hər gün brilyant görürəm”. “Laurence Graff”, almaz irsinə ehtiramla yanaşır və eyni zamanda, yaratdığı mirası da bölüşür, çünki bu biznes müxtəlifləşsə də və qlobal miqyasda genişlənsə də, “Qraf Evi” ən zirvədə fəaliyyət göstərən ailə biznesi olaraq qalır. Bu miras sayəsində “Graff” zinət əşyaları dünyanın ən inanılmaz zərgərlik məmulatları kimi qalmaqdadır. “Graff”ın dünyada 50-dən çox mağazası var.
-
Sırğalar, Butterfly Pave
-
Qolbağ, Diamond kiss
-
Boyunbağ, Diamond kiss
-
Boyunbağ, Butterfly Pave