AZ

GREGGıO

SEÇİLMİŞ MƏHSULLAR

Greggıo

İtalyan ailə fabriki “Greggio” Rino Greggio tərəfindən iyirminci əsrin ortalarında təsis edilmişdir. 1948-ci ildən bəri Avropanın gümüş aksesuarlar bazarında liderlərdən biridir. Bu markanın məhsulları həm xüsusi tələbkar alıcıların, həm də dəbdəbəli ictimai binaların sahiblərinin maraq dairəsindədir. Məhz gümüş qablar və aksesuarlar artıq xeyli vaxtdır ki, öz sahiblərinin yüksək status və mükəmməl zövqünün göstəricisidir.

“Greggio” tərəfindən təklif edilən məhsul çeşidləri, həqiqətən də, çox genişdir. Marka geniş çeşiddə süfrə ləvazimatları, qablar və gümüş örtüklü nikel və misdən, həmçinin gümüş örtüklü paslanmayan poladdan hazırlanmış süfrə aksesuarlarını təklif edir. Şəkər üçün dəstlər, qaşıqlar, şamdanlar, qədəhlər, ədviyyat üçün dəstlər, süd qabları, boşqablar, stəkanlar, süzgəclər, konyak üçün dəstlər, məcməyilər, buz qabları, qəhvə qabları, sürahilər, butulka altlıqları, kandelyabrlar, vazalar və yağ qablarının müxtəlif modelləri hətta ən təcrübəli gözəllik bilicilərinin də zövqünü oxşayacaq.

Yüksək keyfiyyətli sənətkarlıq, möhtəşəm dizayn, detalların incəliklə işlənməsi “Greggio” fabrikinin hər bir məmulatını fərqləndirməyə yetir. Buna görə də bütün dünyada bu istehsalçının populyarlığı və aktuallığı heç də təəccüblü deyil.

Mağazada təmsil Butikler

14 dekabr tarixində «Greggio» italyan brendinin 70 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Qonaqlar üçün süfrənin bəzədilməsi mövzusunda ustad dərsi (master-klas) manufakturanın baş direktoru cənab Marko Qrecio tərəfindən keçirilmişdir.

Ətraflı