AZ

GUZZıNı

Guzzını

“Guzzini” – həm öz vətənində, həm də xaricdə məşhur olan italyan markasıdır. Yeniliklərə və dizayna olan həvəs, ən yeni materialların və texnologiyaların öyrənilməsi və yalnız yüksək keyfiyyətli və praktik məhsulların istehsalı: markanın bir əsrdən çox yaşı olan tarixinin arxasında dayanan budur. Marka dahi qurucu Enriko Quzzininin şərəfinə adlandırılmışdır. Məhz o, qədim sənətkarlıq texnikasına əsasən, öküz buynuzundan ayaqqabı üçün dabankeşlərin, daraqların və tütün qablarının istehsalını dirçəltməyi bacardı.

Lakin Guzzini bununla kifayətlənmədi. Müharibədən sonrakı nəsil öz əcdadının işini davam etdirdi və o dövr üçün inqilabi hesab edilən materialdan – üzvi şüşədən mətbəx məhsullarının hazırlanmasını bərpa etdi.

Bu gün “Guzzini” məhsullarına dünyanın hər yerində restoranlarda, mehmanxanalrda və evlərdə rast gəlmək mümkündür. Markanınn uğurunun zəmanəti müasir texnologiyaların bütün imkanlarından istifadə edərək dizaynerlərin yeni istiqamətləri öyrənmək və inkişaf etdirmək, material və rəngləri sınaqdan keçirmək həvəsi oldu.

Bütün istehsal olunan məhsullar istifadədə asan, praktik, etibarlı və qiymətdə əlverişlidir. İtalyan istehsal prosesi texnologiya, forma və rəng baxımından təcrübə aparmağa imkan verir. Bu gün “Guzzini” – materialları sertifikatlaşdırılmış və qida məhsullarının paylanması üçün tamamilə təhlükəsiz və yararlı olan yeganə italyan şirkətidir. Müasir materiallardan hazırlanmış qablardan başqa, “Guzzini” markası yüksək keyfiyyətli çini boşqablar və paslanmayan poladdan süfrə ləvazimatları da təklif edir.