AZ

HARRY WINSTON

SEÇİLMİŞ MƏHSULLAR

Harry Wınston

1932-ci ildə Nyu-Yorkda əsası qoyulmuş Harry Winston dünyanın ən nüfuzlu nəfis saat istehsalı və zərgərlik markalarından biridir. Onun tarixini Lesoto, Jonker və Taylor-Burton almazları da daxil olmaqla, dünyanın bir sıra məşhur qiymətli daşları bəzəyir.

Zərgərlik yaradıcılığında və yenilikçilikdə sağlam nüfuzuna söykənən Harry Winston markası 1989-cu ildə saat istehsalına başlamaq qərarına gəldi. Markanın ruhuna uyğun olaraq, Harry Winston saat bölməsini orijinal və nadir dəbdəbənin sinonimi olan və nə texniki, nə də estetik keyfiyyətdə kompromisə getməyən əfsanəvi zərgərlik təcrübəsi ənənəsinə uyğun yaratdı. Bu intizamı sayəsində Harry Winston çoxsaylı beynəlxalq mükafatlar qazandı.

Kişilər və ya xanımlar üçün cəsarətli, mürəkkəb, avanqard olan hər bir saat kolleksiyası nəfis saat sənətinin təmsilçisidir. Yüksək saat sənətinin sərhədlərini öz yaradıcılığı və cəsarəti ilə aşan Harry Winston 2007-ci ildə dünyanın saat paytaxtı olan İsveçrə, Cenevrədə öz manufakturasını açdı.

«Harry Winston» brendi Amerikanın «brilliant kralının» irsindən ilhamlanaraq yaradılmış “Harry Winston Emerald” saat kolleksiyasını təqdim edir.

Ətraflı