
MIRAGE
SEÇİLMİŞ MƏHSULLAR
MIRAGE
“Mirage” ticari, ictimai və yaşayış binalarının döşəmələrini və divarlarını örtmək və üzləmək üçün keramik qranit hazırlayır və istehsal edir.
Zamanla sübut edilmiş təcrübə və “nou-hau” sayəsində istənilən layihəni ən yaxşı şəkildə və ətraf mühitə ziyan vurmadan həyata keçirməyə imkan veən keramika həlləri mükəmməlləşmişdir.
Ən son tendensiyalara və daimi axtarışlara xüsusi diqqət yetirilməsi 45 ildən bəri 160-dan çox ölkə ilə daimi dialoq şəraitində yaşayış mühitinin yeni konturlarını yaradan markanın əsas xüsusiyyətləridir.
“Mirage” – möhkəmlik və etibarlılığın qarantıdır. “Mirage” şirkəti tərəfindən təklif olunan dizayn həlləri hava limanlarından ticarət mərkəzlərinə, o cümlədən, yaşayış binalarına və ictimai məkanlara qədər istənilən tələblərə cavab verir.
Üzlük və döşəmə plitələri ən fərqli texniki xüsusiyyətlərə cavab verən geniş məhsul çeşidləri ilə təmsil olunur: kiçik ölçülər, həmçinin havalandırılan fasadlar və taxma döşəmələr.
“Mirage” istehsalı olan keramik qranit daim inkişaf edən bazarın ən yüksək keyfiyyət standartlarına və texniki parametrlərinə cavab verməklə, universal şəkildə tətbiq edilir.