
MıNOTTı
SEÇİLMİŞ MƏHSULLAR
Mınottı
“Minotti” müasir mebel dizaynı sahəsində «İtaliya istehsalı» deyiminin mükəmməl ifadəsi olaraq, beynəlxalq səviyyədə möhkəm nüfuza sahib italyan markası, eləcə də, yaşayış və qonaqlama (mehmanxana) seqmentlərində klassik-müasir həyat tərzinin təmsilçisidir.
Kiçik sənətkarlıq emalatxanası sürətlə böyüdü və altmışıncı illərdən başlayaraq xarakter və ölçü baxımından daha sənayeləşdi. 1991-ci ildə Renato və Roberto Minotti markaya rəhbərliyi ələ aldılar və beynəlxalq bazarlarda inkişaf və genişlənmə prosesi başlandı. Korporativ strategiyaya cavabdehlik daşımaqla, onlar 1998-ci ildən etibarən, yaradıcı baxışlarını və əsas estetik prinsiplərini bütün Minotti kolleksiyalarının koordinatoru vəzifəsinə təyin edilmiş memar Rodolfo Dordoni ilə bölüşməyə başladılar.
Hər il Minotti oturma sistemlərindən, kreslolardan, masalardan, stullardan və bir-birini tamamlayan parçalardan ibarət yeni bir kolleksiya ilə debüt edir. Hər yeni kolleksiya əhval-ruhiyyədən ilhamlanaraq, mürəkkəb memarlıq mühitində məhsulların kontekstualizasiyası, bənzərsiz arxa planların yaradılması, materialların və rənglərin orijinal kombinasiyasının axtarışı və üslubu ilə ifadə olunan atmosferdən xəbər verir. Hər bir detal gözlərdə silinməz təəssürat yaradan brend təcrübəsinin formalaşmasına kömək edir.