
OMEGA
OMEGA
160 ildən çoxdur ki, OMEGA markası yeniliklərin nümunəsi hesab edilir: Apollon kosmik proqramında və aya ekspedisiyada iştirak edən ilk saatlar; avtomobilistlər üçün ilk saatlar; gəmi xronometri sertifikatı almış dünyada ilk və yeganə qol saatı.
Şirkət 1848-ci ildə İsveçrənin La Şo-de-Fon şəhərində 23 yaşlı Lui Brandt tərəfindən təsis edilmişdir. 1932-ci ildə yay Olimpiya oyunları keçirildi və OMEGA tarixdə ilk dəfə olaraq bütün idman növləri üzrə xronometrajı həyata keçirdi. Sonralar OMEGA 20 dəfədən çox Olimpiya oyunlarının rəsmi xronometrajçısı olmuşdur.
OMEGA brendinin nümayəndəsi Ç. Sikeret saniyəni mində bir dəqiqliyi ilə qeyd edən “OMEGA Time Recorder” adlı ilk kvars elektron xronoqrafını hazırladı. 1965-ci ildə “NASA OMEGA” saatlarını və digər markaların saatlarını maqnit sahəsinin təsiri altında, -18 dərəcədən +93 dərəcəyədək temperaturda və çəkisizlik şəraitində sınaqlardan keçirmişdir. Yalnız “OMEGA Speedmaster” bütün sınaqlardan keçmiş və “Apollon” proqramı üçün seçilmişdir.
1995-ci ildə Pirs Brosnan Ceyms Bonddan bəhs edən «Qızıl Göz» filmində rol aldı və “OMEGA Seamaster Quartz Professional” saatını taxdı. Bütün növbəti filmlərdə əsas qəhrəmanın qolunda “OMEGA Seamaster Professional Chronometer” saatı var idi. 22-ci Jeyms Bond filmində Daniel Kreyqin qolunda polad bilərzikli “OMEGA Seamaster Professional Planet Ocean 600 m” saatı görünür. Yeni filmin ərsəyə gəlməsi münasibətilə şirkət 5007 nüsxədən ibarət məhdud seriya buraxdı. Fərqləndirici xüsusiyyətlər şüşənin əks tərəfindəki «Quantum of Solace» yazısı, saatın arxa qapağındakı «007» oyması və saatın nömrəsi idi.
İsveçrə markasının xüsusi fəxri olan davamlı innovativ fəaliyyətləri sayəsində koaksial mexanizmə malik eksklüziv “OMEGA” kalibrlərini ərsəyə gətirmək mümkün oldu. Bu, 250 il ərzində hazırlanmış ilk radikal yeni funksional saat mexanizminə malik kalibrdir.
“OMEGA” bütövlüyün, üstünlüyün, möhkəmliyin və mükəmməlliyin simvoludur.