AZ

RALPH LAUREN

Ralph Lauren

“Ralph Lauren” – interyer əşyaları və aksesuarlarının dizaynı üzrə öz idelayarını həyata keçirən ilk modelyer, dəbin əfsanəsidir və istər geyim, istərsə də amerikan interyerindən söhbət gedirsə, o, bütün dünyada tərzin simvolu hesab edilir.

“Ralph Lauren” üslubu müxtəlif dövrlərin eklektik üslubiyyatını, ingilis klassikasının sadəliyini və Vəhşi Qərbin sərtliyinin ahəngini özündə birləşdirməsi ilə fərqlənir.

1980- ci ildə Ralph Lauren Qərb üslubunu dəbə gətirir və bununla da «Amerikalılar üçün Amerikanı kəşf edir». Artıq 1983- cü ildə qeyri-adi mebel, dekorasiya əşyaları və aksesuarlar kolleksiyası - “Ralph Lauren Home” meydana gəldi.

Marka ən yüksək keyfiyyət nümunəsidir. “Ralph Lauren” yalnız ən yeni və ekoloji cəhətdən təmiz texnologiyalar vasitəsilə emal edilmiş təbii materiallardan istifadə edir. Son kolleksiyalarda həm italyan jakkardını, həm Belçika kətanını, həm «tartan» naxışlı şotland yununu, həm də məharətlə köhnəldilmiş dərini görmək olar.

“Ralph Lauren Home” tərəfindən təqdim edilən ev aksesuarları kolleksiyası – müasir klassika və Hollivud dəbdəbəsinin ahəngini, zaman tanımayan məşhur «Amerika aristokratizmini» ehtiva edir. İndiyə qədər hər bir əşya ərsəyə gətirdiyi məhsulu diqqətlə izləyən və eskizdən hazır məhsul mərhələsinədək prosesə nəzarət edən ustanın özünün eskizlərinə əsasən yaradılır.

Mağazada təmsil Butikler