
ROSENTHAL
Rosenthal
Filip Rozental Amerikaya yola düşəndə on yeddi yaşında idi və qabyuyandan çini malların satıcısına qədər irəlilədi. 1879-cu ildə Almaniyaya qayıdarkən o, enerji ilə dolu idi və Zelbdə Erkersroyt qalasında çini boyama müəssisəsini quraraq öz şirkətinin əsasını qoydu.
İlkin kommersiya uğurundan sonra, Filip Rozental 1891-ci ildə öz çini məmulatını istehsal etmək qərarına gəldi. Yeni çini fabriki texniki tərəqqi və müasir dizaynı ilə diqqəti cəlb etdi, çünki şirkətin dərin düşüncəyə sahib qurucusu həmişə yeni fikirlər axtarırdı.
1961-ci ildə Filip Rozenthal «Rozental studio-layn» brendini yaradaraq məhsul istehsalına başladı. Dizayn hələ dəbə minməzdən çox-çox əvvəl Rozental artıq müasir rəssamlar, dizaynerlər və memarlarla işləyirdi və bunların arasında Raymond Levi, Valter Qropius, Tapio Virkkala və Sebastyan Herkner kimi məşhur adlar var idi.