
S.T. DUPONT
S.T. Dupont
«S.T. Dupont» moda evinin tarixi 1872-ci ildən, III Napoleonun sarayında portretçi olaraq çalışan Fransua Düponun gənc qardaşı oğlu Simon-Tisso Düponun Parisə gəldiyi vaxtdan başlayır. Parisə gəldikdən sonra Simon-Tisso Düpon səyahətçilər üçün gözəl və keyfiyyətli dəri aksessuarlar istehsal edən bir şirkət qurdu. Şirkətin adı təsisçinin adının baş hərfləri oldu. Markanın sahibi və qurucusu materiallara qənaət etmirdi və yalnız ən keyfiyyətli olanlardan istifadə edirdi.
«S.T. Dupont» markasının yeniliklərindən biri – xammalı kiçik partiyalarla gətirilən lak oldu. Xüsusi lakın sirri yalnız ildə dörd ay toplana bilən inqrediyentlərdə idi.
Bu lakın tətbiq edilmə prosesi hələ də şirkət sirri olaraq qalır. Əvvəlcə, ondan səyahət çantalarının matal hissələri üçün mina kimi istifadə edilirdi. Bu gün, demək olar ki, markanın bütün məmulatlarının üzərinə çəkilir.
1952-ci ildə «S.T. Dupont» moda evi bütün dünyaya tamamilə yeni bir məhsul - qaz alışqanını təqdim etdi. Nyu-York göydələnləri onun formasının prototipinə çevrildi, üzəri həmin məxsusi lak ilə boyanmışdı, qızıl, gümüş və almaz bəzəklər isə, laka əlavə parıltı bəxş etdirdi. Bu alışqanın hazırlanması prosesi 60 ildən artıq müddət ərzində az dəyişmişdir: o, əvvəlki kimi əl ilə yığılır və 600 mərhələnin hər birində onun keyfiyyəti diqqətlə izlənilir.
1972-ci ildə şirkətin çeşidlərini yeni bir istiqamət – yazı ləvazimatları tamamladı. İlk nümunə bütün görünüşü ilə o zamanki tərəqqini - «Konkord» reaktiv təyyarəsini xatırladan gümüş qələm oldu. O vaxtdan bəri rəngli lak və qiymətli daşlarla bəzədilmiş, hətta uzaq məsafədən belə tanınan qızıl, gümüş, platin qələmlərin silsilə istehsalına başlandı.
Bir qədər sonra, bir əsrlik tarixə malik qüsursuz zəriflik ənənələrini «S.T. Dupont» markası altında buraxılan qalstuk sıxacları, taxma düymələr, kəmərlər və digər zərgərlik əşyaları davam etdirdi. 1998-ci ildə qadınlar və kişilər üçün ilk iki parfüm çeşidi ərsəyə gəldi. O vaxtdan bəri onlar cür- cüt buraxılır: “Essence Pure”, “Passenger”, “58 Avenue Montaigne”, “Signature”.
Müxtəlif dövrlərdə Böyük Britaniya, Danimarka və Siam kraliçaları, Vindzor hersoqları, Rotşild ailəsinin nümayəndələri, Pyatyal Maharacası və digər yüksək vəzifəli şəxslər «S.T. Dupont» markasının məmulatlarından istifadə etmişlər.