
SAMBONET
Sambonet
1856-cı ildə təsviri sənət fakültəsinin məzunu və Vercellidən olan zadəganın oğlu Giuseppe Sambonet usta zərgər kimi fəaliyyət göstərmək üçün order aldı və Cuzeppe Sambonet şirkətini qurdu. Şirkətin Turində hazırlanmış möhüründə "GS" inisialları vurulmuşdu.
XX əsrin əvvəllərində onun şirkəti Genuya hersoginyası və Turin qrafı da daxil olmaqla, bir çox nəcib ailələrin rəsmi təchizatçısı idi.
1932-ci ildə Sambonet Italiyada həm sterlinq gümüşü, həm də qalvanik gümüş materialdan qablar istehsal edən zavodu quran ilk şirkət oldu. 1938-ci ildə o, paslanmaz poladdan qabların istehsal edilməsi üçün innovativ bir proses işləyib hazırladı və gümüş örtüklü polad istehsal texnikasını yaratdı.
1956-cı ildə Sambonet Qahirə Hilton mehmanxanasını bu gün də onun kolleksiyasında olan dərin qablarla təchiz etmək üçün 53 rəqib arasından seçilərək beynəlxalq bazarı fəth etdi. Bu, şirkətin dünya səviyyəli mehmanxanalar və restoranlar üçün təchizatçılıq ənənəsinin başlanğıcı oldu.
Altmışıncı illərdən başlayaraq, böyük dizaynerlər şirkətin dizayna olan xüsusi diqqətini özündə birləşdirən və populyarlaşdıran kolleksiyalar yaratdılar. Roberto Sambonet xüsusən də, “Pesciera”, “Center Line” və “Linea 50” siniləri kimi yüksək əhəmiyyətə malik kolleksiyalar yaratmışdır. Anna Castelli Ferrieri də Sambonet üçün süfrə məmulatları dizayn etmişdir. Onun “Hannah” kolleksiyası 1994-cü ildə “Compasso d'Oro” mükafatını almışdır.