
SNAIDERO
SEÇİLMİŞ MƏHSULLAR
Snaıdero
“Snaidero” 70 ildir ki, yalnız mətbəx dizaynı sahəsində ixtisaslaşmışdır. Başlanğıcda, şirkət yalnız yataq otağı mebelləri, daha sonar, yeni tikilən evlər üçün pəncərələr hazırlayırdı. Onlar hesab edirlər ki, mətbəx mədəni irsin, həmçinin ailə, yemək və həyat sevgisinin bir araya gəldiyi otaqdır.
“Snaidero” markası 1946-cı ildə, İtalyan dizaynının müharibədən sonrakı intibah dövründə qurulmuşdur. Sonrakı onilliklərdə bu ad innovasiya, dəbdəbə və hərtərəfli dizayn anlayışlarının sinonimi oldu və hazırda “Snaidero” İtaliyanın aparıcı markalarından biridir.
Marka mətbəx dizaynında ilklərə imza atması ilə fəxr edə bilər. 1968-ci ildə tanınmış memar və dizayner Virgilio Forchiassin soba, soyuducu və şkafı özündə birləşdirən və diyircəklərin üzərinlə qurulmuş səyyar “Spazio Vivo” mətbəxini dizayn etdi və beləliklə, «mətbəx adası» yarandı.
Səthlərin laklanması texnikası üzrə 50 illik təcrübəyə malik brendin məhsullarının metal səthləri lüks avtomobillərin üzlənmə texnikasından ilhamlanaraq yaradılmışdır.
Marka eyni zamanda, gözlə görülən heç bir izin olmadığı səthlər yaratmaq üçün lazer texnologiyasını tətbiq edən ilk italyan şirkətlərdən biridir. Bu texnologiya isə, qüsursuz estetika və misilsiz dayanıqlılıq yaratmışdır.