AZ

STEPHEN WEBSTER

Stephen Webster

İngilis markası Stephen Webster zərgərlik dünyasının elitasıdır, Stiven Vebster isə, ən yaxşı ingilis zərgəri və dizayneri kimi tanınmışdır. Usta zərgərlik karyerasına 1982-ci ildə De Beers-də başlamış və altı il sonra öz şirkətini açmışdır.

Stiven Vebsterin peşəkar dəst-xəttini özünəməxsus “Crystal Haze” texnologiyası sayəsində tanımaq asandır. Hər kolleksiyada tanınan detallara rast gəlmək olar: filiqran tökmə məmulatlar, balıq sümükləri və rok-n-rol simvolları, bununla belə, hər yeni silsilə hər şeydən əvvəl fərdilik, yaradıcılıq, hətta hardasa, yumordur. Bundan başqa, hər bir təqdimat bütün yeni dəb tendensiyalarını özündə əks etdirən misilsiz bir şoudur.

Ən maraqlısı budur ki, dünya şöhrətli olmasına baxmayaraq, Stiven Vebster kolleksiyalarını çox tez-tez təqdim etmir. Ola bilsin ki, məhz bu yanaşma sayəsində o, dərhal dünyaca məşhur insanların kolleksiyalarında yer alan həqiqətən qeyri-adi və eksklüziv bəzək əşyaları hazırlamağa müvəffəq olur. Növbəti məhsul üçün detalların əksəriyyəti əl ilə hazırlanır və hər bir məmulat – tək nüsxədir.

Mağazada təmsil Butikler