AZ

SWAROVSKı

Swarovskı

Dünyada çətin elə bir insan tapılar ki, Swarovski kristalları barəsində eşitməsin. Brendin tarixi Şimali Bohemiyada, 24 oktyabr 1862-ci il tarixində Georgental qəsəbəsində Daniel Svarovskinin dünyaya gəlməsi ilə başlayır. 1895-ci ildən Swarovski brendi öz xarici görünüşünə görə brilliantla müqayisə edilə biləcək kristallar istehsal etməyə başlayır.

XX əsrin əvvəllərində Swarovski markasının kifayət qədər məşhur müştərisi, çoxsaylı sifarişləri və daha da maraqlı ideyaları var idi. Əvvəlcə on usta ilə işləyən Daniel artıq bir neçə yüz işçini işə götürmüşdü. Kristal qaşların daha çox insan üçün əlçatan olması fikrindən ilham alan Daniel Svarovski, kristalı əl kəsimi ilə müqayisədə daha dəqiq kəsən elektrik kəsici maşını patentləşdirdi və 1895-ci ildə Avstriya Alp dağlarında yerləşən kiçik Vattens şəhərində Swarovski şirkətini qurdu.

Swarovski ustası çilçıraq detallarını büllur siçan formasında yapışdıraraq ilk Swarovski kristal fiqurunu yaratdı. Bu kimi fiqurlar İnsbrukda keçirilən Qış Olimpiya Oyunlarında idmançılara verilirdi və onlar o qədər məşhur oldu ki, Swarovski kristal heykəlcikləri özünün ciddi məhsul çeşidinə çevirdi. Dünyada milyonlarla kolleksiyaçı hələ də bu kolleksiya predmetlərini sevir.

Swarovski qlobal müəssisəyə çevrildikcə, şirkət kristal biznesinin bütün sahələri üçün vahid bir fərqləndirici obraz yaratmağa başladı. Demək olar ki, hər bir qitədəki evlərdə yer alan qu quşu fiquru yeni brendin simvoluna çevrilir və indi bütün orijinal Swarovski məhsulları Swarovski Swan (qu quşu) loqotipinə sahibdir.

Mağazada təmsil Butikler

Hamının Swarovski brendindən öz sevimli aksesuarı olmalıdır! Biz butiklərimizdə möhtəşəm aksiyaya start veririk! İyun ayının 19-dan Swarovski butiklərində 50% endirimlər elan olunur! Swarovski kristallari ilə daha parlaq olun.

Ətraflı

4 may tarixindən etibarən bütün məhsulları 20% endirimlə əldə edə bilərsiniz.
H. Cavid prospektində yerləşən filialımızda sizi görməyə şad olarıq. Həmçinin, çatdırılma xidməti üzrə sifarişlərin qəbulu davam edir. Sifariş etmək üçün bizimlə (+994 50 306 34 13) whatsapp nömrəsi və ya *0221 qısa nömrəsi ilə əlaqə saxlayın və sifariş etdiyiniz məhsul növbəti gün ərzində saat 22:00-a qədər çatdırılacaq!

Özünüzü və yaxınlarınızı sevindirməyə tələsin!

Ətraflı

2007-ci ildə Nadya Svarovski tərəfindən əsası qoyulan «Atelier Swarovski» - bu, Christopher Kane, Hussein Chalayan və Rodarte ilə şərikli müəlliflik nəticəsində ərsəyə gələn məşhur markanın zərgərlik bijuteriyaları silsiləsidir.

Ətraflı

«Swarovski» kristalları məşhur kreativ dizayner Devid Korinslə birgə 2019-cu ildə Oskar səhnəsini bəzəmişdir. 41 000 kristalı Dolby Teatrının əsas konstruksiyalarına yerləşdirməklə, səhnədə “Büllur bulud” və “Kristal çardaq” dekorasiya fonlarını yaratdılar.

Ətraflı