
TAG HEUER
TAG Heuer
«TAG Heuer» Sent-Imyedə 1860-cı ildə Eduard Hoyer tərəfindən təsis edilmişdir. Bu brend yüksək saat sənəti, dəqiqlik, yenilikçilik və dizayn tarixində böyük rola malik olmuşdur. Onun qabaqcıl ruhu dörd nəsildən bu günə ötürülmüşdür və markanın "1860-cı ildən bəri İsveçrə Avanqardı" şüarının canlı sübutudur.
«TAG Heuer» əfsanəsi bir sıra ixtiralar üzərində qurulmuşdur ki, bunlara misal olaraq, aşağıdakıları göstərmək olar: 1887-ci ildən ev xronoqraflarında istifadə edilən yırğalanan dişli çarx, 1916-cı ildə ixtira olunmuş və saniyənin 1/100-ə qədər vaxtı ölçən Mikroqraf və 1969-cu ildə ixtira olunmuş ilk avtomatik mikro motor hərəkətli Calibre 11.
Bu dəqiqlik sayəsində «TAG Heuer» brendi xronometraj və xüsusən də, avtomobil yarışları sahəsində öz mövqeyini möhkəmləndirdi. 1911-ci ildə ilk Dashboard və daha sonra Autavia saatlarının ərsəyə gəlməsindən sonra «TAG Heuer» adı Formula 1-in Niki Lauda, Gil Regazzoni, Fangio, Gilles Villeneuve, Ayrton Senna və s. kimi bir sıra məşhur sürücüləri ilə yanaşı çəkilir.
"1860-cı ildən bəri avanqard" «TAG Heuer» brendinin nüfuzu bu gün etibarilə avtomobil yarışları, futbol, sörfinq, marafon və tennis dünyasında tanınan bəzi idmançılar və qadınlarla əlaqələndirilərək öz dəqiqlik ənənəsini davam etdirir.
Bu müxtəlif tərəfdaşlıqlarla yanaşı, «TAG Heuer» ənənəvi saatçılıq təcrübəsini qabaqcıl texnologiyalarla birləşdirir və imkanların sərhədlərini aşaraq, yenilikçilik, mükəmməllik və performans ruhuna sadiq qalır.