AZ

YVES DELORME

Yves Delorme

“Yves Delorme” Fransanın ən qədim toxuculuq istehsalçısıdır. Marka altı ayda bir dəfə yenilənən üç üslubda toxuculuq məmulatları hazırlayır: bu, həm könül oxşayan klassika, həm fransızsayağı zərif romantika, həm də Paris moda həftələrinin ən son tendensiyalarına və dəb meyllərinə cavab verən dizayn xəttidir.

İstehsal prosesini sıravi işçilərdən marka sahiblərinədək hamı yaxından izləyir: onlar üçün əl əməyi ilə ərsəyə gətirilən hər məhsul, hər bir parça – fransız qürurunun təzahürüdür.

Parçalar üçün naxışlar yaradan istedadlı rəssamlar sübut etmişlər ki, çiçəkli naxışlar zaman tanımamaqla yanaşı, yalnız hamıya məlum olan klassik interpretasiyalarda yer almır, həm də hər mövsüm dəyişə bilir. Hal-hazırda “Yves Delorme” manufakturası ev üçün hər çeşiddə böyük və kiçik toxuculuq məmulatları: süfrələr, yataq dəstləri, çimərlik və hamam dəsmalları, xalatlar və yeni doğulmuş körpələr üçün toxunma məhsullar istehsal edir.

Mağazada təmsil Butikler

«Yves Delorme» dəstlərinin adları, rəngləri və onların çalarları, şəkillərin motivləri, naxışların elementləri, fakturalar – bütün bunlar sehrli qış mənzərələrini xatırlatmaqla, sakitlik və əmin-amanlıq hissi yaradır.

Ətraflı

Yataq dəstləri- fashion- sənayenin ən mühafizəkar istiqamətlərindən biridir. Lakin əgər söhbət Dəb Evi «Yves Delorme»dən gedirsə, deməli, burda inqilab baş verə bilər.

Ətraflı

Oktyabrın 5, Cartier butikində Fransanın tanınmış saat və zərgərlik Evinin müasir incəsənət baxımından təbiətlə əlaqəsinin təfsirinə həsr olunmuş, "The Magic of Nature" adlı art-kokteyl tədbiri keçirilib.

Ətraflı