
STYLE AVENUE
Style Avenue
1999-cu ildə Praqada yaradılmış və tanınan üsluba malik “Style Avenue” artıq dünya paytaxtlarında firma butikləri açmaqla müxtəlif ölkələrdə qadınların qəlbini fəth etmişdir. “Style Avenue” əsas prinsiplərinə - müxtəlifliyə və fərdiliyə riayət edir. Markanın mütəxəssisləri yalnız zərgərliyin dəb tendensiyalarını nəzərə almır, həm də hər bir insanın özünəməxsusluğuna əsaslanaraq müştərilərin öz üslubunu yaratması, özlərini tapması və bənzərsiz olması üçün səy göstərir. “Style Avenue” həqiqətən də, kosmopolit markadır. Eksklüziv zərgərlik kolleksiyaları qiymətli metal və yonulmuş daşlarda hissləri təzahür etdirməklə, klassik və eyni zamanda müasir obraz yaradan dizayn emalatxanasının rəssamları və ən yaxşı ustaları tərəfindən yaradılır. Qızıl və gümüş, mərcan və inci, zərgərlik kauçuku və bənzərsiz mina örtüyü, həqiqi dəri, qiymətli və yarıqiymətli daşlar – bütün bunlar sərhədləri və cizgiləri birləşdirərək qəşəng formalarda bir-birinə qarışır. “Style Avenue” markasının ustaları qeyri-adi dəqiqliklə və zərgər incəliyi ilə inanılmaz fikirləri yeni möhtəşəm kolleksiyalarda həyata keçirirlər.