BODUM
“Bodum” şirkətinin əsası 1944-cü ildə Kopenhagen şəhərində Piter Bodum tərəfindən qoyulub. Şirkət ilk olaraq qəhvə dəstgahı ləvazimatlarının istehsalı üzrə ixtisaslaşıb. Bu gün isə “Bodum” brendi həm də estetik özəllikləri və funksionallığı ilə seçilən premium-klass qəhvə dəstlərinin istehsalı ilə məşğuldur.