Delta Lıght
Əsası 1989-cu ildə mühəndis Pol Amelut tərəfindən qoyulmuş “Delta Light” şirkəti arxitektur məkanların işıqlandırılması sahəsi üzrə beynəlxalq bazarın lideri və yönləndiricisidir. İşıqlandırma sahəsində innovasion layihələr irəli sürən şirkət bütün dünyada həm qapalı, həm də açıq məkanların işıqlandırılmasında zəriflik, funksionallıq və zövqlü tərtibatı özündə birləşdirən məharətli istehsalçı kimi tanınır.