Kenneth Cole
“Kenneth Cole” Amerika brendinin əsası 1982-ci ildə qoyulmuşdur. “Kenneth Cole” kişilər və qadınlar üçün unikal xarici görünüşü ilə seçilən yüksək keyfiyyətli qol saatları təqdim edir. Bu saatlarda klassika və müasirlik, zəriflik və kəskin xətlər, estetika və əlverişlilik bir arada cəmləşmişdir. Bir qayda olaraq, bu brendin modellərində yüksək keyfiyyətli dəridən hazırlanmış qayışlardan istifadə olunur.