BrendPasquale Bruni

Paskual Bruni yaradıcı dünya görüşündən ilhamlanaraq yenilikçi səyahətinə başlayanda 20 yaşı yeni tamam olmuşdu. O, gənc və cəsarətli idi, bu isə ona tezliklə bütün dünyanın qiymətləndirəcəyi xüsusi və bənzərsiz əl işlərini yaratmaq üçün cəsarət verirdi. Onun yenilikçi yanaşması zərgərlik sənətinin mahiyyətini dəyişdirdi. Paskual Bruni üçün Valensa mükəmməl yer idi və həmişə də elə olacaqdı. Paskual öz atelyesini məhz burada quraraq ailəsini böyüdüb. Bu, onun müştərilərindən və onların dünyalarından ilham alaraq əsərlərini yaratdığı ümidlərlə dolu beşik olub. Qızı Yuciniya hələ uşaqlıqdan, atasının işlərinə heyran olduğu vaxtlardan şirkətin bir hissəsinə çevrilmişdi. "Sevgi dolu yaradıcı mühitdə" tərbiyə olunan Yuciniya Paskualı bütün kolleksiyalara rəngarəngliklə yanaşı, qadın zərafəti də əlavə etməyə vadar edirdi. O, 2001-ci ildə brendin kreativ direktorluğunu üzərinə götürdü və "Ghirlanda"dan "Sissi"yə, bənzərsiz "Bon Ton" və "Giardini Segreti" kolleksiyalarına qədər hər bir yeni kolleksiyaya müasir ruh qatmağa başladı. Yuciniya qadın cazibəsini artırmaq üçün rəng və formaları sınaqdan keçirərək təbiətin mahiyyətini qoruyur. Yuciniyanın əsərləri ənənəvi zərgərlik məmulatlarından fərqlənir - yeni interpretasiyada təqdim edilən daşlar və rənglər qadın azadlığını əks etdirir. Onun zinət əşyaları hərəkət doludur; bədən və saç üçün bəzək əşyaları özü ilə bərabər emosiyalar gətirir və qadınları özlərini sevməyə və özləri üçün yaşamağa çağırır. Təbiətdən və qadınlardan ilham alan və hər zaman bənzərsizliyə və mükəmməlliyə can atan Yuciniyanın zinət əşyaları mənəviyyatı, ehtirası və hissləri ifadə edir. Hətta daşların kəsimi də özünəməxsusdur: bu zinət əşyaları təbiətən dəbli, dizayn baxımından unikaldır və onlar təbiətin çiçəkləri, yarpaqları və rəngləri kimi taxılmalıdır - bu cür qiymətli yaxınlıq emosiyalardan qaynaqlanır və birbaşa onun qəlbindən gəlir. Paskualın oğlu Danielin şirkətə ilk töhfəsi hazırda rəhbərlik etdiyi marketinq şöbəsinə olub. Daşlara olan təbii ehtirası onu gemoloq olmağa vadar etdi. Daim keyfiyyət naminə çalışan Daniel brendin yaradıcı ruhunu qoruyaraq ən yaxşı daşlar və kəsimlər axtarır. Hazırda o, ABŞ filialının prezidentidir.

Kataloq

Filtr
Filtrlər
Geri
Tövsiyə edilənlər
Çeşidlə

Göstərilir: 24 / 50