Selva
Məşhur “Selva” İtaliya brendinin tarixi 1968-ci ildən başlanır. Məhz həmin tarixdə möhtəşəm klassik mebel istehsalı üzrə kiçik bir müəssisə açılmışdır. Hazırda Selva bir neçə zavoda və tam qapalı istehsal siklinə malik olan ən böyük italyan sənaye müəssisəsidir. Onun əsasında materialların əl ilə emalının ənənəvi metodları və sirləri dayanır. Ancaq bundan başqa, müasir texnologiyalar da fəal surətdə istifadə olunur.