Shaun Leane
“Shaun Leane” zərgərlik evi 1999-cu ildə Şon Lin tərəfindən yaradılmışdır. Qiymətli zinət əşyalarının yaradılmasında zərgər Ar-Deko, Ar-Nuvo tərzində kolleksiyalardan, eləcə də, Viktoriya dövrünün kolleksiyalarından ilham alır. Öz kolleksiyalarında Şon Lin ən müxtəlif metallardan və daşlardan istifadə edir, ancaq brilliantlar, eləcə də, qızıl və platin kimi qiymətli metallarla işləməyə üstünlük verir.