AZ

Eurodesıgn

Əlaqə

Bakixanov küç., 24, Bridge Plaza, 6-cı mərtəbə

Telefon: (+99412) 510 29 49 / 59

Artıq 20 ildən çoxdur ki, Eurodesign Azərbaycanda və Gürcüstanda bir çox biznes-müəssisələrinə telekommunikasiya sahəsində yüksək keyfiyyətli xidmət təklif edir. EURODESIGN İT xidmətləri, sistem inteqrasiyası, İT məsləhət, habelə layihələrin idarə edilməsi sahəsində ixtisaslaşmışdır. Böyük təcrübə və texniki biliklərini tətbiq edərək, EURODESIGN geniş İT, telekommunikasiya xidmət və məhsullarını təklif edir Əməkdaşlıq etdiyimiz istehsalçılar arasında: Cisco, Microsoft, HPE, Oracle, IBM, Avaya, Hikvision və digər qlobal lider şirkətləri göstərmək olar.  Şirkətin heyəti 200-dən çox ixtisaslaşmış və peşəkar səviyyələri Azərbaycanda unikal olan sertifikatlarla təsdiq olunmuş mütəxəssislərdən ibarətdir. Bir çox digər böyük layihələrlə yanaşı,  2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının, həmçinin Formula 1 Baku City Circuit, IV İslam Həmrəylik Oyunlarının infrastrukturunun təşkilində şirkət böyük təcrübə əldə etmişdir. Şirkət neft-qaz sahəsində fəaliyyət göstərən müəssisələr və müxtəlif maliyyə təşkilatları ilə aktiv əməkdaşlıq edir. EURODESIGN-ın müştəriləri telekommunikasiya operatorları, sığorta şirkətləri,  tibb müəssisələri və digər rəsmi qurumlardan ibarətdir. Həmçinin, şirkətin IT-xidmətlərinin təmin edilməsi üçün nəzərdə tutulmuş daxili infrastrukturu təkmilləşdirilmə prosesindədir. Bulud texnologiyalarının, virtualizasiya xidmətlərinin, həmçinin ən çox tələb olunan IaaS və SaaS xidmətlərinin sürətli inkişafını nəzərə alaraq, EURODESIGN şirkəti öz müştərilərinə müvafiq sahədə aktual yüksək texnolojı həllər təklif edir.  EURODESIGN mütəxəssisləri  IT-autsorsinq, biznes analitika və idarəetmə konsaltinqı, həmçinin enerji və kommunikasiya sistemləri daxil olmaqla, bir çox biznes istiqamətlərini uğurla inkişaf edirlər. Şirkətin yaxın gələcək üçün korporativ strategiyası təkcə Azərbaycanda deyil, bütün regionda müştərilər üçün hərtərəfli innovativ həllər təqdim etməkdə seqmentinin lideri olmaqdır.
loading map...