AZ

H1

H1 – müxtəlif səthlərin təmizlənməsi və dezinfeksiyası üçün Akzo Nobel, BASF, Surface Activae SA və s. kimi kimyəvi məhsulların dünyada aparıcı istehsalçılarından alınan yüksək keyfiyyətli xammaldan hazırlanmış peşəkar vasitələrdir.


H1 məhsullarının istehsalı Azərbaycan Respublikası Elmlər Akademiyasının nəzdində Yüksək Texnologiyalar Parkının ərazisində həyata keçirilir.


H1 məhsullarının tam çeşidi peşəkar və məişət mühitində müxtəlif səthlərin təmizlənməsi və dezinfeksiyası üçün nəzərdə tutulur. Təmizlik prosesində dezinfeksiyanın əhəmiyyətini həddən artıq şişirtmək olmaz, ona görə də, bəzi H1 məhsulları ancaq E. Coli, Staphylococcus Aureus, Pseudomonas, Streptococcus, Lysteria Monocytogenes və s. kimi bakteriya və mikrobların məhv edilməsinə yönəldilmişdir.


H1 səthlərin təmizlənməsi üçün 150-dən çox preparat, eləcə də, bu preparatların tətbiq edilməsi üçün material və vasitələr, həmçinin dispenserlər və kağız məhsulları təklif edir. H1 istehsalı İspaniya və Almaniyadan olan tərəfdaşların texnologiyalarına əsaslanır.