14 iyun Fransanın Azərbaycandakı səfirinin iqamətgahında
14 İyul 2019 19:32
14 iyun tarixində Fransanın Azərbaycandakı səfirinin iqamətgahında “Cartier” butikinin Azərbaycanda onillik fəaliyyətinə həsr edilmiş təntənəli ziyafət keçirildi. Qonaqları şəxsən səfir Aureliya Buşez qəbul etdi. Səfir xanım qonaqları salamladıqdan sonra hamıya əsl fransız ziyafətindən zövq almağı arzuladı, eləcə də, Fransa brendlərinin Azərbaycandakı uğurlarından məmnun olduğunu bildirdi və “Cartier” butikinə və Evinə gələcək uğurlar arzu etdi. Ziyafət qonaqların yaddaşında fransız mətbəxinin nəfis yeməkləri, gözəl musiqilər və Fransaya aid olan hər bir şeyə, o cümlədən, “kralların zərgəri və zərgərlərin kralı” olan “Cartier Evi”nə sevgi mühiti ilə qaldı.