AZ

“Cartier” butikində art-instalyasiya

19 Avqust 2019 19:35

05 oktyabr tarixində Fransanın “Cartier” zərgərlik və saat butikində “Cartier Evi”nin təbiətlə əlaqəsinin müasir incəsənət prizmasında interpretasiyasına həsr edilmiş “The Magic of Nature” adlı art-kokteyl keçirildi.

“Cartier Evi”nin usta zərgərləri uzun illər boyunca zinət əşyalarını yaradarkən flora və faunadan ilham almışlar. Butikdə qonaqlar “Coloratura” və “Flora” art-obyektləri formasında olan yenilənmiş məkanda qarşılandılar. Transformasiyanın müəllifi rəssam Mehriban Şəmsəddinskaya idi. Zərgərlik əşyaları tekstura və formaların oyunu üzərində qurulmuş yeni və müasir görünüş qazanmışdır.