AZ

«Chopard»dan 25 illik sevgi ilə

22 Bilər 2019 19:40

21 may tarixində «Italdizain Group» şirkəti məşhur «Chopard» saat və zərgərlik evi ilə birlikdə «Happy Sport» kolleksiyasının 25 illiyinə həsr edilmiş tədbirin qonaqlarını sevindirmişdir.

Bərkidilməmiş daşların iki sapfir qaş arasında sərbəst şəkildə yerləşdirilməsi ilə hazırlanan məşhur «Sallanan brilliantlar» konsepsiyası hələ 1976-cı ildə «Chopard Happy Diamonds» kolleksiyasında təqdim edilmişdir. 1993-cü ildə isə, bu ideya “Chopard evi”nin idman modelinin yaradılmasında əsas götürülmüşdür. Eyni bir modeldə lakonik idman tərzini və dəbdəbəli brilliantları birləşdirən bu marka «Happy Sport» saatlarını hazırlamışdır. Bu saatlar müxtəlif situasiyalarda taxıla bilər və istənilən tərzli geyimlərə ideal şəkildə uyğun gəlir.

«2018-ci ildə «Chopard» şirkəti «Happy Sport» saatının 25 illiyini qeyd edir. İdman tipli məhsul çeşidinin dörddə bir əsrlik yubileyi bir neçə yeni məhsulun təqdim edilməsi ilə yadda qalır», – «Chopard Evi»nin rəsmi nümayəndəsi Ksavye Lesser.

Gecənin qonaqları üçün sürprizlərlə dolu bir tədbir hazırlanmışdı. Belə ki, qonaqlardan birinin də 25 illik yubileyi qeyd edildi, ancaq bu onların ailə həyatının 25 illik yubileyi, yəni gümüş toy idi. “Italdizain Group” şirkəti öz butiklərinin hörmətli qonaqlarına böyük diqqətlə yanaşır. Bu məqsədlə, şirkət müştəri məlumatlarının, o cümlədən, müştərilərin doğum və toy tarixlərinin əldə edilməsi prosesini müvəffəqiyyətlə tətbiq edir. Əldə edilmiş bütün məlumatların təhlilindən sonra sistem müəyyən etmişdir ki, bu İsveçrə brendi üçün olduğu kimi, brendin müştərilərindən biri üçün də sentyabr ayı əlamətdardır. Hörmətli qonağa unudulmaz hədiyyə verilmişdir: Cenevrədə «Mandarin Oriental» mehmanxanasında qalmaqla, ikinəfərlik romantik Cenevrə səyahəti.

Gecə davam edərkən qonaqlar Nigar Hüseynlinin ifasında səslənən musiqilərdən zövq alaraq, İsveçrə brendinin «Happy Sport» kolleksiyasının valehedici yeni nümunələri ilə tanış oldular.