AZ

Coincasa -dan yeni "Respect" Kolleksiyası!

09 Aprel 2020 00:57

Ekoloji təmizlik Coincasa Yaz kolleksiyasının mərkəzi mövzusu olaraq ətraf mühitə və onun mənbələrinə hörmətlə hazırlanan məhsulların, araşdırılmasına artan öhdəliyin başlanğıcını qeyd edir. Yeni araşdırma xətti xüsusi etiketlə yaradılaraq, hər kolleksiyada davamlı məzmun təqdim edəcək.
Ekoloji təmizlik mövzusu bütün Yaz kolleksiyasının yarı seçimini təşkil edir. Xüsusi əlaqə layihəsi bu xəttin məhsullarının məzmunlarını aydınlaşdırır: materiallarını, istehsal və hazırlanma proseslərini.

Sıfır təsir – Stilistik qeydlər.
Məqalələrin geniş seçimi məhsulların hazırlandığı materiallar və onların hazırlanmaq üsullarını, onları dizayn edib ərsəyə gətirənlərin dəyərlərinin hekayələrini özlərində cəmləndirir. Görünüş qeyri-rəsmi və orjinaldır. Səthin rəngini və fakturasını müəyyənləşdirmək üçün mümkün qədər natural materiallar istifadə olunur. Gündəlik bir neçə addım planetimizə hörmət edərək, həyatımızı ekoloji təmiz etmək üçün kifayətdir. Enerjiyə qənaət edən lampalardan, orqanik və bio çürüyən, ağaclar və bitkilərdən alınan rənglərlə boyanmış pambıq, ipək, kətan yaxud bambukdan hazırlanan parçalara üstünlük verin.
Məqsəd sağlam ətraf mühit əldə etməklə funksionallığı və estetikanı özündə birləşdirən təbii, yeni uzunömürlü ekoloji təmiz və yenidən emal olmuş materialları istifadə edib onlara yeni həyat verməkdir.