Gossip column
08 Mart 2019 19:38
7 mart tarixində «Chopard» butikində tədbir keçirilmişdir. İsveçrənin saat və zərgərlik evinin istehsalı olan nəfis məmulatların uduşu həmin tədbirin kulminasiya nöqtəsi olmuşdur. Gecənin qonaqlarını «Chopard» brendinin rəsmi nümayəndəsi cənab Ksavye Lasse salamladı. Lotareyanın qalibi və «Chopard» brendinə aid «Ice Cube Pure» kolleksiyasından olan sırğanın sahibi cazibədar Aylin oldu.
«Chopard» – təmtəraqlı əşyaların: saatların, zərgərlik məmulatlarının və aksesuarların istehsalı üzrə bütün dünyada tanınan İsveçrə şirkətidir. Brendin əsası 1860-cı ildə Lui-Uliss Şopar tərəfindən qoyulmuş və əvvəlcə innoavtiv ideyalara əsaslanan dəqiq cib saatlarının və xronometrlərin işlənib-hazırlanması ilə məşğul olmuşdur. Bu saat və zərgərlik evi təkcə öz saatları ilə deyil, həmçinin heyranedici zərgərlik məmulatları ilə bütün dünyada tanınır.