AZ

«Greggio» prezentasiyası

20 Avqust 2019 17:34

14 dekabr tarixində «Greggio» italyan brendinin 70 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Qonaqlar üçün süfrənin bəzədilməsi mövzusunda ustad dərsi (master-klas) manufakturanın baş direktoru cənab Marko Qrecio tərəfindən keçirilmişdir.

Manufakturanın əsasını qoymuş Rino Qrecio 14 yaşında Paduada gümüş sexində şagird kimi işə başlamışdır. Orada o, gümüş istehsalının sirlərini öyrənmiş və həyatını bu sənətə həsr etmək qərarına gəlmişdir. Velosipedini sataraq qazandığı ilk kapitalla o, gümüş aldı və 1948-ci ildə «Rino Qrecio» şirkətini yaratdı. Həmin vaxtdan bəri Qrecio manufakturası öz məhsullarında ənənə və innovasiyaların kombinasiyasını əks etdirir.

Həmin tədbirə görə Bakıya gələn cənab Marko Qrecio tədbir iştirakçılarına italyan brendinin məhsullarını təqdim etdi. Tədbir salamlama nitqi və cənab Qrecionun təqdimatı ilə başladı. Daha sonra tematik viktorinada iştirak edən qonaqlar «Greggio»dan xüsusi hədiyyələr qazandılar.